Bu yolda təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılır…

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə oktyabrın 1-dən 5-dək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci kilometrlik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Bu barədə Etikxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən magistral yolun sözügedən hissəsində müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

Yeni veb saytın təqdimatı keçirilib – ətraf mühitlə bağlı yeniliklər – FOTO

Read Next

Rafael Cəbrayılovun deputatlıq səlahiyyətlərinə xitam veriləcək – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir