“Bu zərbələr 2187 mariupollunun həyatına son qoyub”-VADİM BOYÇENKO

Rusiya silahlı qüvvələri Mariupola 100 aviabomba atıb, nəticədə 2187 nəfər həlak olub.

Etikxeber.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.

Qeyd edib ki, şəhər hər gün aviazərbələrə məruz qalır.

Onun sözlərinə görə, son sutkada azı 24 bombardman həyata keçirilib. Artıq Mariupola yüzdən çox bomba atılıb.

“Bu zərbələr 2187 mariupollunun həyatına son qoyub”-deyən mer vurğulayıb ki, 400 min sakinin həyatı təhlükə altındadır.

“Vəziyyətdən çıxış yolu Ukraynanın hava məkanını bağlamaq və ya ölkəyə daha səmərəli HHM sistemləri verməkdir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Ramzan, sən uzaq İvankovda zirzəmidə kəsəyən kimi oturmamalısan: Tanka minib Kiyevə hücum et”-UKRAYNA DİN RƏSMİSİ

Read Next

Makron Bayden və Zelenski ilə danışdı-RUSİYAYA QARŞI SANKSİYALARIN GENİŞLƏNDİRİLMƏSİ QƏRARA ALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir