Büdcə ilə bağlı ikinci oxunuşun müzakirələri – NOYABRIN 26-DA OLACAQ

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin (MM) plenar iclasında I oxunuşda qəbul edilib.

Etikxeber.az-ın xəbərinə görə, spiker Oqtay Əsədov bildirib ki, çıxışa yazılmış 46 deputatdan 34-ü danışıb:

“Yerdə qalnalar isə ikinci oxunuşda çıxış edə bilər. Qeyd edim ki, ikinci oxunuş noyabrın 26-da keçiriləcək”.

Bundan sonra çıxışlar dayandırılıb, büdcə səsverməyə çıxarılıb.

102 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla büdcə zərfi birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Zahid Oruc bəzi məmurları “zəli” adlandırdı

Read Next

İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi müzakirə olunur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir