Büdcə ilə bağlı müzakirələr davam edir – BU GÜN ÇIXIŞLAR YEKUNLAŞACAQ – YENİLƏNİB – (1)

Milli Məclisdə  (MM)  büdcə müzakirələri bu gün də  davam etdirilir.

Etikxeber.az-ın xəbərinə görə, müzakirələrə hökumət üzvləri də qatılıblar.

Müzakirələr millət vəkillərinin çıxışları ilə davam etdir.

Bu gün başa çatmasa, müzakirələr sabah da  birinci oxunuşda davam etdiriləcək və yekunlaşdırılacaq.

***

İclası açan spiker Oqtay Əsədov gündəlikdə 11 məsələnin olduğunu xatırladıb və qeyd edib ki, həmin məsələləri müzakirə etmək üçün bu çıxışları yekunlaşdırmaq lazımdır:

“Biz 3 gün ərzində bu məsələləri müzakirə etməlyik. Odur ki, bu gün büdcə ilə bağlı müzakirələri yekunlaşdırmalıyıq”.

Spiker sonra dünəndən yazılan siyahı üzrə deputatlara çıxışlar üçün  söz verib.

Deputatlardan Eldar Quliyev Elçin Quliyevə söz verilib.

E. Quliyev deputat seçildiyi Sabirabad rayonunda məktəblərlə bağlı problemlərin, onların təmirə və yenidən qurulmasına ehtiyac olduğunu bildirib.

Həmçinin, qeyd edib ki, rayonda Təcili Yardım Stansiyasına ehtiyac var və bunun üçün büdcədən vəsait ayrılmalıdır.

***

MM-in Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov büdcədə güclü bəndləron olduğunu vurğulayıb və bu bəndlərdən biri kimi, icbari tibbi sığortanın tətbiqi ilə bağlı 1 milyard manatdan çox vəsaitin nəzərdə tutulmasını önə çəkib.

Deputatlardan Şahin İsmayılovla Hikmət Babaoğlu da çıxış ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Tahir Kərimlidən – HƏRBİ BÜDCƏNİN AZALDILMASINA KƏSKİN ETİRAZ

Read Next

Zahid Oruc bəzi məmurları “zəli” adlandırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir