Büdcə müzakirələri yekunlaşdırılır – NOYABRIN 29-DA

Bu həftənin 5-ci günü, noyabrın 29-da parlamentdə büdcə zərfi ilə bağlı bir aya yaxın müddət ərzində davam edən müzakirələr yekunlaşdırılacaq.

Etikxeber.az-ın xəbərinə görə, həmin gün 2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri sonuncu-üçüncü oxunuşda qısa müzakirə ediləcək.

Müzakirə zamanı daha çox iqtisadi bloka daxil olan dövlət qurumlarının rəhbərlərinin, o cümlədən, Maliyyə naziri Samir Şərifovun qısa məlumatı, büdcə zərfində dəyişikliklərlə bağlı fikirləri dinləniləcək.

Sonra büdcə zərfi üçüncü oxunuşda və bütövlükdə səsə qoyularaq, qəbul ediləcək və imzalanaraq, hüquqi qüvvəsinə minməsi üçün ölkə Prezidentinə göndəriləcək.

Etikxeber.az

Read Previous

“Sevilya”-“Qarabağ” oyununu İsveçdən olan hakimlər idarə edəcək

Read Next

BDU-nun 100 illiyi münasibətilə mərasim – PREZİDENT GENİŞ NİTQ SÖYLƏDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir