Büdcə və AŞPA-nın payız sessiyası başlayır…

Sabah, sentyabrın 30-da Milli Məclisin (MM)  2019-cu il payız sessiyası öz işinə start verəcək.

Etikxeber.az xəbər verir ki, payız sessiyası dövlət himninin səslənməsi və oxunması ilə başlayacaq.

Sonra spiker Oqtay Əsədovun 2019-cu ilin yaz və növbədənkənar sessiyaları ilə bağlı qısa hesabatı dinləniləcək.

Daha sonra sessiyanın qanunvericilik işləri planının və gündəlikdə digər məsələlərin müzakirəsinə başlanılacaq.

Qeyd edək ki, sessiyanın ilk plenar iclasının gündəliyinə 20 məsələ daxildir.

Sessiyanın ilk plenar iclasında  “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişiklik 2-ci oxunuşda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” və sairə qanunlara dəyişiklik müzakirə olunacaq.

Payız sessiyasında qida təhlükəsizliyi, ali təhsil, turizm, muğam sənətinin qorunması və inkişaf etdirilməsi  ilə bağlı və digər bir neçə yeni qanun layihəsinin də birinci oxunuşlarda müzakirələrə çıxarılması nəzərdə tutulur.

Eyni zamanda, qeyd edək ki, daha çox büdcə sessiyası kimi tanınan payız sessiyası dekabrın son günlərində (29-u və 30-da) öz işini yekunlaşdıracaq.

Büdcə müzakirələrinə isə oktyabrın sonları, noyabrın ilk ongünlüyündə başlanılacaq.

Əvvəlcə komitələrdə, sonra plenar iclaslarda geniş  müzakirələr aparılacaq və yekunda 2020-ci ilin büdcəsi qəbul ediləcək.

Həmçinin, qeyd edək ki, sabah Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti payız sessiyası öz işinə başlayacaq.

aspaaaa

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri,  Azərbaycanın AŞPA-dakı  daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sözügedən  payız sessiyasında iştirak etmək üçün oktyabrın 7-dək Strasburqda səfərdə olacaq.

Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova  Elşad Həsənov daxildir.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya Respublikası ilə post-monitorinq dialoqu, Moldovada demokratik institutlar, yəhudi mədəni irsinin qorunub saxlanılması və digər mövzularda müzakirələr aparılacaq.

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcək.

Tədbirlərdə MM-in deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qınayanda bir dönüb özünüzə də baxın…” – MƏLƏKXANIM ƏYYUBOVA QARDAŞI OĞLANLARI İLƏ KÜSÜLÜLÜYƏ SON QOYDU

Read Next

Premyer Liqada 6-ci tur yekunlaşdı – “QARABAĞ” LİDERDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir