2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin parlament komitələrində ikinci oxunuşda müzakirələri gələn həftə, ayın 19, 20 və 21-i tarixlərində keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, 3 günlük komitə iclaslarında birinci oxunuşdan sonra büdcə zərfində aparılan dəyişikliklər, yeniliklərlə bağlı millət vəkillərinə məlumat veriləcək.
İclaslarda bir sıra nazirlərin, dövlət qurumları rəhbərlərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı nəzərdə tutulur.
Komitə iclaslarında millət vəkilləri ikinci oxuşunda büdcə zərfinə münasibət bildirəcək və sonda isə onu ayın 23-də keçiriləcək plenar iclasa tövsiyə edəcəklər.
Noyabrın 30-da isə büdcə zərfi bütövlükdə qəbul olunacaq və imzalanmaq üçün dövlət başçısına göndəriləcək.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az