Büdcə zərfi ilə bağlı müzakirələr – BU GÜN DƏ DAVAM ETDİRİLƏCƏK

2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi bu gün də Milli Məclisin (MM) növbəti plenar iclasında davam etdiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, büdcə zərfi ilə bağlı müzakirələrin ikinci günü millət vəkillərinin çıxışları ilə davam edəcək.

Millət vəkilləri büdcə ilə bağlı təklif və iradlarını səsləndirəcəklər.

Müzakirələr bu gün başa çatmasa, parlamentin sabahkı plenar iclasında da büdcə zərfinin birinci oxunuşda müzakirələri davam etdiriləcək və yekunlaşdırılacaq.

Qeyd edək ki, büdcə müzakirələrində yenə də hökumət üzvləri iştirak edəcəklər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Kənd cavanları da bunun sayəsində zərərli vərdişlərdən uzaq ola bilər…” – XALQ YAZIÇISI

Read Next

Moralesin səlahiyyətlərini bu xanım siyasətçi icra edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir