Büdcə zərfinin müzakirələri: MM AZƏRBAYCAN XALQINI TƏBRİK, MUSA QULİYEV DSMF-NİN BÜDCƏSİNİN İCRASI BARƏDƏ PARLAMENTƏ HESABAT VERİLMƏSİNİ, DEPUTAT HƏRBÇİLƏRİN MAAŞLARININ ARTIRILMASINI, SİYAVUŞ NOVRUZOV AĞIR SAHƏLƏRDƏ ÇALIŞANLARIN PENSİYA YAŞININ AZALDILMASINI TƏKLİF ETDİ – YENİLƏNİB – (5)

Bu gün Milli Məclisin (MM) növbəti iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasda büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi davam etdiriləcək.

İclasda yenə millət vəkilləri ilə yanaşı hökumət üzvləri də iştirak edəcəklər.

Qeyd edək ki, dünənki iclasda birinci məsələ, 2022-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul olunub.

2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).5. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş).8. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  11. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

 13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  16. Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  17. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  19. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  20. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  

21. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  22. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  23. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında. 

24. Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında.

 Qeyd edək ki, 2022-ci ilin büdcə layihəsinə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 26 816 000,0 min manat, xərclərinin 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlərinin 25 874 497,0 min manat, yerli gəlirlərinin 941 503,0 min manat, mərkəzləşdirilmiş xərclərinin 28 900 041,0 min manat, yerli xərclərinin 978 959,0 min manat) məbləğində təsdiq edilməsi təklif olunur.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Büdcə zərfi ilə bağlı birinci oxunuşda müzakirələr sabah başa çatdırılacaq.

07:47

***

MM-in iclası başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

O, öncə 17 noyabr-Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan xalqını, hökumət üzvlərini və deputatları təbrik edib.

Təbrik alqışlarla qarşılanıb.

11:03

***

Sonra “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi başlayıb.

Bu haqda MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib,

“2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsini balanslaşdırmaq üçün dövlət büdcəsindən ayrılan vəsait 2021-ci ildəkindən az olacaq”-deyən komitə sədri bildirib ki, DSMF-nin ümumi xərclərinin 96,7%-ni əhaliyə ödənişlər təşkil edəcək:

“Əhaliyə ödənişlər üzrə xərclərin çoxu əmək pensiyaları üçün olan ödənişlərdir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2022-ci ildə 345 manat təşkil edəcəyi proqnozlaşdırılır. Əmək pensiyalarının minimum məbləği anlayışı 2017-ci ildə daxil edilib və 110 manat məbləğində müəyyən olunub. 2022-ci ildə bu məbləğin 240 manata çatdırılması nəzərdə tutulur. Cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğinin artımı müvafiq olaraq 9,4 və 4,4% olaraq qiymətləndirilir. 2022-ci ildə hamiləliyə, 1 yaşında uşağa baxmağa, 3 yaşında uşağa qulluq üzrə, dəfn üçün müavinətlər və s. müavinətlər üçün 180 milyon manat ayrılır. Bütün müavinətlərdə artım proqnozlaşdırılır”.

Sonra “Yaxşı olardı ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası barədə Milli Məclisə hesabat verilsin”-deyən komitə sədri təklif edib ki, dövlət büdcəsindən alınmamış vəsaitlərin idarəolunan kapitala çevrilməsi, Fondun investisiya layihələrində iştirakı üçün müvafiq addımlar atılsın.

Çıxışında “Təklif edirəm ki, şəhid ailələri üzvlərinin ölkədəki bütün kurortlarda müalicə alması üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqələr yaxşılaşdırılsın”-deyən M. Quliyev eyni zamanda, yaşa görə müavinət alanlarla pensiyaçılara verilən dəfn üçün müavinətlərin məbləğinin bərabərləşdirilməsini təklif edib.

11:08

***

Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Kərimovun məlumatı dinlənilib.

“Dövlət sosial müdafiə fondunun 2022-ci il üçün gəlirlərinin 78 %-ni məcburi dövlət sosial sığorta yığımları üzrə formalaşacaq”-deyən nazir müavini bildirib ki, növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər olacaq:

“DSMF əleyhinə yekunlaşmış məhkəmə qərarlarının sayında 96 % azalma müşahidə edilib. Bütün ölkə üzrə fərdi uçot tam şəkildə mərkəzləşdirilib. Bu proses çərçivəsində benifisiarları bilinməyən 1,1 milyard vəsait aşkar olunaraq konkret şəxslərin hesabına köçürülüb. Hazırda ünvanlı sosial yardım üzrə maddi məişət şəraitinin yoxlanılması və ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi üzrə iş aparılır”.

11:23

***

“Hazırda Ermənistanla müharibə şəraitindəyik və sülh müqaviləsi hələ də imzalanmayıb”.

Bu isə çıxışında deputat Vüqar İskəndərov deyib.

V. İskəndərov Azərbaycanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarının artırılmasını vacib sayıb:

“Sülh müqaviləsi imzalansa belə, biz güclü ordu yaratmaq işini davam etdirməliyik. Onların maaşlarının ikiqat artırılmasına ehtiyac var, bu, onlar üçün stimul olar. Çünki biz gələcəkdə də güclü ordusu olan ölkə kimi tanınmalıyıq”.

11:41

***

“SSRİ dağılandan sonra digər ölkələrdə insanların boyu artıb, bizdə isə 5 sm qısalıb”.

Bu barədə də arlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

O, bunun qidalanma ilə bağlı olduğunu vurğulayıb:

‘Ən azı 10 yaşına qədər uşaqlara müavinət verilməlidir. Təklif edirəm ki, ünvanlı sosial yardımın verilməsi ilə bağlı siyahını yerli bələdiyyələr hazırlasın. Digər tərəfdən, Azərbaycanda son vaxtlar boşanmaların sayı artıb. Tək uşaq böyüdən valideynlərə, xüsusilə analara diqqət artırılmalı, onlara müavinət verilməlidir. Bizdə 5 uşağı olan anaya cəmi 55 manat verilir. Bu, çox azdır. Bizə təqdim olunan sənədlər müavinətlərin artımı faizlə göstərilib, rəqəmlərlə bunu yazmaq lazımdır. Bu, rəqəmlə yazılanda çox az olacaq. Biz bunu görəcəyik. Düşünürəm ki, ciddi islahatlar aparmağın vaxtı çatıb”.

12:15

***

MM-in Regional məsələr komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, fiziki və zehni fəaliyyətlə məşğul olan insanlara eyni yaşda təqaüdə çıxmaq tələbi qoymaq olmaz”.

Komitə sədri bildirib ki, ağır sahələrdə fəaliyyət göstərən insanların 55 və ya daha aşağı yaşlarda pensiyaya çıxmasına şərait yaradılmalıdır.

“Hər kəsə ümumi standart tətbiq etmək olmaz. İkincisi, qeyri-qanuni verilən pensiyaların geri qaytarılması məsələsini burada dedilər. Buna amnistiya tətbiq edilməlidir. Vətəndaş onu ehtiyacdan alıb. Bunu hissə-hissə vətəndaşdan geri almaq səhv addım olardı. Bunu qanunsuz şəkildə pensiya təyinatı aparan dövlət qurumu ödəməlidir. Əlilliyi ləğv olunan şəxslər var, onlara 2 aylıq kompensasiya ödənilməlidir. Əlilliyin kəsilməsi ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməlidir. Veteranlara verilən pul da 80 manatdan 130 manata qaldırılmalıdır”-deyə, S. Novruzov qeyd edib.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalıdır”-ƏLİ MƏSİMLİ

Read Next

“Şəhid ailələrinin evlə təminatı məsələsində mövcud normativlərdən imtina etməliyik”-QƏNİRƏ PAŞAYEVADAN VACİB VƏ ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir