2019-cu il üzrə dövlət büdcəsində artımlar gözlənilir. Hələlik artımın nə qədər olduğu dəqiq məlum olmasa da, amma artım mütləq olacaq və nəzərdə tutulur.
Bu haqda Etikxeber.az-a parlamentdən bildirilib.
Qeyd olunub ki, müəyyən istisnalarla son illərdə daim büdcədə əvvəlki illə müqayisədə artımlar olub və ya büdcəyə sonradan dəyişikliklər nəticəsində artımlar edilib:
“Bildiyiniz kimi, 2018-ci ilin büdcəsinə də bu ilin növbədənkənar sessiyasında dəyişiklik edildi, dövlət büdcəsinə təxminən 2 milyarddan bir qədər artıq artım əlavə olundu. Odur ki, növbəti ilin büdcəsində artım olacağı gözlənilir və nəzərdə tutulur”.
Həmçinin bildirilib ki, büdcədə bir sıra sahələr üzrə də əvvəlki illə müqayisədə azaldılmalar edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, qeyd edək ki, 2019-cu il dövlət büdcəsi və icmal büdcəsi layihələrinin MM-də müzakirə ediləcəyi tarix də məlum olub.
Büdcə zərfinə daxil olan layihələr parlamentin noyabrın 13-14-15-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Sənədlər eynin zamanda, yaxın vaxtlarda MM-ə göndəriləcək və ilkin olaraq, komitə iclaslarında müzakirələrdən keçiriləcək, sonra isə plenar iclaslara tövsiyə olunacaq.
Büdcə zərfi ilə bağlı deputatları maliyyə naziri Samir Şərifov məlumatlandıracaq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az