“Büdcədən ayrılan vəsait hesabına uşaqlar üçün üzgüçülük hovuzları tikilməlidir” – TƏKLİF

Ölkədə dövlət büdcəsindən ayrılan vəsait hesabına uşaqlar üçün üzgüçülük hovuzları tikilməlidir.

Etikxeber.az xəbər verir ki, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.

O, qeyd edib ki, bu hovuzlarda da ödənişsiz əsaslarla uşaqlar üzməyi öyrənməlidirlər.

“Dənizin sahilində olan dövlətin vətəndaşları Monqolustandakı kimi dənizə laqeyd qala bilməz ki…Uşaqlıqda öyrənməyəndə sonralar daha çətin olur. Yüz xilasedici yığ sahilə, bununla problem çözülməz ki…

İnsanlara üzməyi öyrətməliyik. Hər gün dənizdən ölüm xəbəri eşidəndə nəticə çıxarmamız adamı daha çox üzür. Rusiyada uşaqların əksəriyyəti erkən yaşlardan suya alışdırılır. Biz bu məsələdə də hədsiz bilgisiz və biganəyik…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Xəzərin təhlükəsizliyini təmin etmək hər birimizin borcudur” – KƏRİM VƏLİYEV

Read Next

“Qəbələ” “Əl Salmiyə”ni uddu – 2:0

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir