“Büdcəmiz inkişafımızın əyani göstəricisidir və…” – MİLLƏT VƏKİLİ

Bu gün Azərbaycan beynəlxalq miqyasda həm demokratik dövlət, həm özünəməxsus inkişaf modelinə malik olan ölkə, həm də etibarlı tərəfdaş kimi tanınır.

Etikxeber.az xəbər verir ki, bu fikri deputat Eldəniz Səlimov deyib.

budca-1

eldeniz-eldeniz

E.Səlimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan ötən müddət ərzində çox mühüm nailiyyətlər əldə edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafı davamlı və dinamik xarakter daşıyır.

“Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ölkə olmayıb. Respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri, 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın sosial-iqtisadi inkişafını, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrini olduqca yüksək qiymətləndirirlər. Bu yaxınlarda nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz artacağına dair proqnozlar ifadə ediblər”-deyə, deputat qeyd edib.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanın inkişafı mənzərəsi müzakirələri hələ də  davam etməkdə olan 2019-cu ilin dövlət büdcəsindən tam aydınlığı ilə görünür:

“Bu büdcə inkişafın bariz nümunəsi, əyani təsdiqidir. Büdcəmiz 25 milyard civarındadır. Bu, çox böyük göstəricidir və çox böyük uğurdur. Ümumiyyətlə, hər hansı bir ölkənin inkişafını bilmək istəyirsənsə, ilk növbədə onun büdcəsinə diqqət yetirmək gərəkdir və bu baxımdan, büdcəmiz ürəkaçan, inkişafın dinamikliyinin təmin olunmasına, davam etdirilməsinə təminat verən bir büdcədir. Büdcəmiz həm sosialyönümlü, həm də inventisiyayönümlüdür. Dünyada 2008-ci ildən bu günə kimi yaşanmaqda olan maliyyə-iqtisadi böhrana, qlobal kataklizmlərə baxmayaraq, Azərbaycanda heç bir layihənin icrası dayandırılmadı. Azərbaycanın iştirakı ilə həyata keçirilən bütün regional və transmilli, beynəlxalq layihələr hamısı uğurla davam etdirildi, gerçəkləşdirildi. Bununla da Azərbaycan bird aha özünə, öz büdcəsinə güvəndiyini göstərmiş oldu. Odur ki, büdcəmiz, inkiafımız digər növbəti mühüm əhəmiyyətli, dünyamiqyaslı layihələrin həyata keçirilməsinə tam zəmanət, təminat verir və verəcək”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

Əliyev Qərb mediasını ingilis, bizimkini rus, Türk mətbuatını türk dilində izləyir – SOLOVYOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir