Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah parlamentdə büdcə müzakirələri olacaq.
Etikxeber.az-ın xəbərinə görə, iyunun 22-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti və son iclası keçiriləcək.
İclasda 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər, dürüstləşdirmə məsələləri müzakirə olunacaq.

Müzakirələrdə adıçəkilən komitənin üzvləri ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat nairliklərinin təmsilçiləri, o cümlədən, maliyyə naziri Samir Şərifov da iştirak edəcək.

Qeyd edək ki, dövlət büdcəsinin xərclərinin 2 milyard 14 milyon manat atırılması, neftin qiymətinin isə 45 dollardan 55 dollara qaldırılması nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişikliklər layihəsinin parlamentin iyunun 29-da keçiriləcək son növbədənkənar iclasının müzakirəsinə tövsiyə olunması planlaşdırılır.
Adıçəkilən komitənin sədri, akdemik Ziyad Səmədzadə isə telekanallardan birində çıxışı zamanı büdcə dəyişikliklərini ölkənin iqtisadi inkişaf göstəricisi ilə əlaqələndirib.
“Azərbaycan dünyada hələ də maliyyə-iqtisadi böhranın davam etməsinə, qlobal risqlərin mövcudluğuna baxmayaraq, inkişaf etməkdə, iqtisadiyyatını gücləndirməkdədir. Azərbaycan özünün iqtisadi-siyasi inkişaf mərhələsini yaşamaqdadır. Son zamanlar Cənub Qaz Dəhlizinin, TANAP-ın açılış mərasimlərinin keçirilməsi Azərbaycanın dünyadakı yerinin, nüfuzunun, iqtisadi və siyasi güçün göstəricisidir. Azərbaycan nəinki regionun, bütövlükdə Avropanın və dünya enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktorlardan birinə çevrilib. Yəni, Azərbaycanın iştirakı və razılığı olmadan hansısa iri layihələrin həyata keçirilməsi mümkün deyil. Özünüz də yaxşı bilirsiniz ki, Cənub Qaz Dəhlizi, TANAP, TAP ilə də bağlı hansı təzyiqlər oldu, hansı problemlər, əngəllər yaradılmağa cəhd edildi. Ancaq Azərbaycan bu təzyiqlərə, səmərəsiz cəhdlərə əhəmiyyət vermədi, öz iradəsini və gücünü ortaya qoydu. Həmçinin ölkəmizin maliyyə, valyuta ehtiyatları artmaqdadır. Bütün bunlar isə nəticə etibarı ilə dövlət büdcəsinə dəyişiklikləri zəruri edir. Yəni, bu inkişaf meylləri, bu müsbət göstəricilər özünün büdcədə də əksinin tapmalıdır və heç şübhəsiz ki, tapacaq da…”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





