Büdcəyə parlament nəzarətinin artırılması mühüm məqamlardandır – KOMİTƏ SƏDRİ – YENİLƏNİB

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də növbəti iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Bunlar “Hesablama Palatası haqqında” (ikinci oxunuş) qanun layihəsi, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli kağızlar haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

ziyad-1

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə ilk öncə bildirib ki, bütün dünya Azərbaycandakı uğurları, aparılan islahatları birmənalı şəkildə qəbul və etiraf edir:

“Beynlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, büdcə üzərində parlament nəzarətinin artırılması çox mühüm məqamlardandır. Ölkədə artıq güclü iqtisadi sistem işləyir, fəaliyyət göstərir. Bunlardan biri də Hesablama Palatasıdır. Bu qurumun fəaliyyəti, apardığı monitorinqlər, təhlillər büdcə şəffaflığının təmin olunmasında çox mühüm rol oynayır. Odur ki, dövrün reallıqları bu qurumla da bağlı qanunvericilik aktının dəyişdirilməsini, təkmilləşdirilməsini zəruri edir”.

Komitə sədri qeyd edib ki, artıq bununla əlaqədar qanun layihəsi birinci oxunuşdan keçib və onun üzərində ciddi işlər, təkmilləşdirmələr aparılıb, nəticədə də ikinci oxunuşun müzakirəsinə təqdim olunub.

***

Deputat: Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır

“Dövləti zəmanəti ilə götürlmüş maliyyə vəsaitlərinin, kreditlərin təyinatı üzrə istifadə edilməsinə, xərclənməsinə ciddi nəzatət yetirilməlidir”.

Bunu millət vəkili Aydın Hüseynov deyib.

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı ilk çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmədov bildirib ki, adıçəkilən sənədin 30 maddəsi üzərində yenidən işlənilib və təkmilləşdirmələr aparılıb: “Demək olar ki, qanun layihəsi birinci oxunuşdan sonra tam təkmil vəziyyətə gətirilib”.

Adıçəkilən komitənin üzvü Əli Məsimli Palatanın səlahiyyətlərinin artırılmasını məqsədəuyğun sayıb. O, Palataya işçilərin götürülməsi məsələsinin də önəmli məqamlardan olduğunu və bu məsələyə də ciddi diqqət yetirilməsinin vacib əhəmiyyət kəsb etdiyini söyləyib:
“Bu məsələdə ciddi nəzarət olmalıdır”.

Millət vəkili A. Hüseynov isə adıçəkilən sənədi ölkədə aparlıan islahatlar və qanunvericilik aktlarının təkmilləşdirilməsi prosesinin bir tərkib hissəsi olduğunu bildirərək deyib ki, onun qəbulu olduqca vacibdir: “Bununla yanaşı, hesab edirəm ki, dövləti zəmanəti ilə götürlmüş maliyyə vəsaitlərinin, kreditlərin təyinatı üzrə istifadə edilməsinə, xərclənməsinə də ciddi nəzatət yetirilməlidir. Hesab edirəm ki, bu məsələyə nəzarət funksiyası da qanunla Hesablama Palatasının səlahiyyətinə daxil edilməlidir. Çünki bu məsələyə ciddi diqqət və nəzarət lazımdır ki, bunu da Hesablama Palatası edə bilər. O zaman bu məsələdə də artıq söz-söhbətlərə ehtiyac qalmaz”.

VAHİD-2
Millət vəkili Vahid Əhmədov bildirib ki, Hesablama Palatası MM-in qurumu olduğu üçün bütün məsələlərlə bağlı məqamlar, məlumatlar deputatlara da çatdırılmalıdır: “Bəzən elə olur ki, parlamentin rəhbərliyinin xəbəri olur, amma biz millət vəkillərinin yox. Hesab edirəm ki, bu məsələdə millət vəkilləri də nəzərə alınmalıdır, onlar da vaxtında məlumatlandırılmalıdır”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Prezidentlə birinci vitse-prezident Əliyevin 95 illiyinə həsr olunmuş mərasimdə

Read Next

“Necə olur ki, Hesablama Palatasının işçiləri deputatlardan çox maaş alır?” – VAHİD ƏHMƏDOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir