Büdcə müzakirələrinə yekun vurulacaq – SABAH

Bu gün Milli Məclisin (MM) komitələrində 2019-cu ilin büdcə müzakirələri davam etdiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu dəfə də daha 5 komitə-MM-in İnsan hüquqları, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də, Gənclər və idman komitələri birgə iclasda büdcəni müzakirə edəcəklər.

İclasa vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edəcək.

baharrrrr-222222222222222222

İclasa adıçəkilən komitələrin üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, həmçinin, digər nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri qatılacaqlar.

İclasda öncə S. Şərifovun məlumatı-məruzəsi dinləniləcək, sonra onun ərtafında müzakirələrə başlanılacaq.

Qeyd edək ki, parlament komitələrində büdcə müzakirələrinə sabah yekun vurulacaq.

Belə ki, MM-in Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il büdcəsi müzakirə və gələn həftədən başlayacaq plenar iclasların müzakirəsinə tövsiyə olunacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Bu, Allaha da xoş gedər, bəndəyə də… – JALƏ ƏLİYEVA

Read Next

Milli Məclis, liftçi və hamam məsələsi… – DEPUTAT NƏ TƏKLİF ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir