Büdcə müzakirlərində kino məsələsi yenidən qaldırıldı… VƏ BÜDCƏ QƏBUL OLUNDU – YENİLƏNİB – (1)

Sona Əliyeva: Elə məktəb var ki, 2 ballıq zəlzələyə belə dözməz.

Milli Məclisdə (MM) büdcə müzakirələri bu gün də davam etdirilir.

Etikxeber.az-ın xəbərinə görə,  ilk çıxışı edən deputat Rəşad Mahmudov bildirib ki, səhiyyə  sahəsinə ayrılan büdcə 1 milyardlıq psixoloji  baryeri keçib ki, bu da 27 illik müstəqillik ən yüksək göstəricidir:

“İlk dəfədir ki, bu, büdcədə sosial xərclər arasında çəkisi 4, 2 faiz təşkil edəcək.  Bu da səhiyyəmizin inkişafına real töhfəsini verəcək”.

Deputat vurğulayıb ki, həmçinin,Səhiyyə Nazirliyində maliyyə siyasətinin effektiv qurulması üçün bir sıra qurumlar arasında əlaqə çox vacibdir: “Dünyanın inkişaf etmiş ölkələrində səhiyyə ayrılan büdcə təhsilə ayrılan büdcədən ən azı 20-25 faiz çox olur. Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmə və texnologiyadır”.

Jalə Əliyeva: Zorakılığa məruz qalmış qadınlarla bağlı sığınacaqlar tikilsin

jala

Deputat, professor  Jalə Əliyeva da çıxışında ailə-məişət  zorakılığına məruz qalmış və evlərindən didərgin salınmış qadınlarla bağlı problemə toxunub və onlarla əlaqədar dövlət səviyyəsində sığınacaqların təşkil olunmasını təklif edib.

Millət vəkili qeyd edib ki, bu məsələ çox ciddidir və hər kəsi narahat edir:

“Bununla bağlı sığınacaqların açılması problemin həllinə qismən də olsa köməklik göstərər”.

sonya-alieva-suleymanova

Sona Əliyeva yerlərdə su çatışmazlığının yaşanmasından danışdı…

Digər deputat Sona Əliyeva çıxışında xüsusilə kəndlərdə ciddi problemlərin olduğunu və ilk növbədə isə, su çatışmazlığının yaşandığını vurğulayıb.

O, eyni zamanda təmsil olunduğu dairədə orta məktəb tikintisinə ciddi ehtiyac olduğunu vurğulayıb: “Elə kənd məktəbi var ki, 2 ballıq zəlzələyə belə davam gətirə bilməz. Modul məktəblər tikilir. Ona görə belə məktəblərin o kəndlərdə də tikilməsinə ehtiyac var. Elə məktəblər də var ki, orada sıxlıq yaşanır. Məsələn, Şiştəpə kənd orta məktəbi  bu sıraya daxildir. Odur ki,  əlavə məktəb binasının tikilməsi yaxşı olardı”.

raf-rafa

Rafael Hüseynov: Ölkədə asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir

“Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq”.

Bunu isə MM-in Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov deyib.

Komitə sədri  qeyd edib ki, mədəniyyətin içi bilik, zəka ilə doludur:

“Mədəniyyətə diqqət artmalı və büdcədəki yeri artmalıdır. Ən azı büdcənin 2 faizini təşkil etməlidir. Kinoya vəsait artırılmalıdır. 1,5 milyonla kinonu irəli aparmaq mümkün deyil. Kino yalnız insanları nəyisə göstərmək deyil. Bizdə dublyaj sənəti var. Dublyaj sənədi dilimizə böyük töhfələr verə bilər”.

***

fazil-mustafa-2

Fazil Mustafa: Gərək 1 milyon insan boğulsun ki, metro çəkilsin?!

“Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni özümüz həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın”.

Bunu öz növbəsində çıxışı zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır:“Hökumət hətta, naturallılıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. 63 faizi əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir”. F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır: “Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün  milyonlarla adam metrodankı havasızlıqdan əziyyət çəkir. Gərək 1 milyon havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılıb metro tikintisi sürətləndirilsin?!  Amma bu sahəyə uzun zamandır ki,ciddi vəsait ayrılmır”.

***

 

Büdcə qəbul olundu-BİRİNCİ OXUNUŞDA

Deputatların bir qisminin-təximinən 30-a yaxın deputatın çıxışından sonra 2019-cu ilin dövlət büdcəsi parlamentin plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Deputatlardan 105-i lehinə, ikisi isə əleyhinə səs verib.

Onu da qeyd edək ki, ikinci oxunuşda müzakirələr noyabrın 23-də davam etdiriləcək.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Zamirənin xərclədiyi 130 milyonla 88-97-ci illərin şəhidlərinın haqqını vermək olardı” – ZAHİD ORUCDAN ÖNƏMLİ TƏKLİFLƏR VƏ MESAJLAR

Read Next

Pensiyaçıların 30 faizini əlillər təşkil edəcək – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir