“Büdcə sistemi haqqında” yeni qanunvericilik aktına ehtiyac var”-ZİYAD SƏMƏDZADƏ PARLAMENTDƏ ÇIXIŞI ZAMANI BELƏ DEDİ

Əgər biz borclanmanın həddini, Dövlət Neft Fondundan (ARDNF) götürülən borcların hədlərini müəyyən ediriksə, bunun özü nailiyyətdir, iqtisadi inkişafımızın göstəricisidir.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Ziyad Səmədzadə “Büdcə sistemi haqqında”“Dövlət borcu haqqında” qanunlara təklif olunan dəyişikliklərə münasibətini bildirərkən deyib.

Qeyd edib ki, bu gün dünyanın əksər ölkələri borclanmaya gedirlər.

Onun sözlərinə görə, hətta elə inkişaf etmiş ölkələr var ki, bizdən daha çox borclanıblar.

“Ancaq biz indi dövlət borcunun, Dövlət Neft Fondundan götürülən borcların hədlərini müəyyən ediriksə, bunun özü uğurdur, nailiyyətdir. Biz 10 il bundan əvvəl bu haqda danışa bilməzdik. Ancaq biz indi iqtisadi inkişafın elə bir mərhələsindəyik ki, bu barədə danışır, borclanmanın hədlərini müəyyənləşdiririk. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, bərpa işləri gedir. Ancaq biz heç bir dövlətdən buna görə borc almırıq, borca getmirik. Bu, bizim inkişafımızın göstəricisi deməkdir. Bununla belə, şəxsən mənim də mövqeyim, deputat həmkarlarımın da fikri belədir ki, bir müddətdən sonra “Büdcə sistemi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılmalı və qəbul olunmalıdır. Yeni bir qanunvericilik aktına ehtiyac var”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hotellər tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə müəyyənləşəcək-DƏYİŞİKLİK

Read Next

MM-in iclası: ZAHİD ORUC QARAKƏND TERRAKTI İLƏ QARAHEYBƏT QƏZASINI EYNİLƏŞDİRMƏK CƏHDLƏRİNİ PİSLƏDİ, DÖVLƏT TURİZM AGENTLİYİNİN RƏHBƏRİ HOTEL XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNDƏN ŞİKAYƏTLƏNDİ, SPİKER İSƏ SABİR RÜSTƏMXANLININ FİKİRLƏRİNƏ ETİRAZ ETDİ – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir