Büdcə zərfi gələn həftə ikinci oxunuşda müzakirə olunacaq…

2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin parlament komitələrində ikinci oxunuşda müzakirələri gələn həftə, ayın 19, 20 və 21-i tarixlərində keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, 3 günlük komitə iclaslarında birinci oxunuşdan sonra büdcə zərfində aparılan dəyişikliklər, yeniliklərlə bağlı millət vəkillərinə məlumat veriləcək.

samir_sarifov_03

İclaslarda bir sıra nazirlərin, dövlət qurumları rəhbərlərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı nəzərdə tutulur.

Komitə iclaslarında millət vəkilləri ikinci oxuşunda büdcə zərfinə münasibət bildirəcək və sonda isə onu ayın 23-də keçiriləcək plenar iclasa tövsiyə edəcəklər.

Noyabrın 30-da isə büdcə zərfi bütövlükdə qəbul olunacaq və imzalanmaq üçün dövlət başçısına göndəriləcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Bəzi çəkilişlər də var idi, onların kimliyi də bəlli deyildi…” – DEPUTATDAN XƏBƏRDARLIQ

Read Next

Əmək pensiyaları ilə birlikdə 3 qanun dəyişdirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir