Büdcə zərfi ilə bağlı müzakirələr yekunlaşdırılacaq – GƏLƏN HƏFTƏ SƏNƏD TAM QƏBUL OLUNACAQ

Gələn həftə büdcə müzakirələri tam yekunlaşdırlacaq və büdcə zərfi səsverməyə çıxarılaraq bütövlükdə qəbul ediləcək.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, Milli Məclisin (MM) sabah keçiriləcək plenar  iclasında ikinci oxunuşun, noyabrın 29-da (beşinci gün) baş tutacaq plenar  iclasında isə üçüncü oxunuşun müzakirələri olacaq və sonda büdcə zərfi əvvəlcə ikinci, sonra üçüncü-sonuncu oxunuşda səsə qoyularaq qəbul olunacaq.

Bununla da 2020-ci ilin büdcə zərfi ilə bağlı müzakirələr yekunlaşacaq və sənəd imzalanaraq, hüquqi qüvvəsinə minməsi üçün ölkə Prezidenti İlham Əliyevə göndəriləcək.

Eyni zamanda, dekabrın 3-də parlamentin növbəti plenar iclası keçiriləcək.

Həmin iclasda icbari tibbi sığorta ilə bağlı “Tibbi sığorta haqqında” qanuna 126 dəyişikliyi nəzərdə tutan qanun layihəsi və digər qanun layihələri müzakirə olunacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatlar Şəhid Milli Qəhrəmanın məzarını və ailəsini ziyarət etdilər – FOTOLAR

Read Next

“Yeni Ombudsmanın Səbinə Əliyeva olacağı artıq dəqiqləşib…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir