“Bugünədək bizimlə, ailəmizlə kimsə maraqlanmayıb…”-HACIQABULUN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI LAQEYDLİKDƏN, DİQQƏTSİZLİKDƏN NARAZIDIRLAR – FOTOLAR

İki dost, iki yoldaş, iki Qəhrəman – Rəhim və Fariz…

***

Hacıqabulda Şəhid Ruslan Allahyar oğlu Baladovun ailəsini, evlərini ziyarət edərkən İkinci Vətən Müharibəsində iştirak etmiş iki Qəhrəmanımızla, iki Hacıqabullu İgidimizlə tanış oldum, söhbətləşdim…

Onlar da Şəhid ailəsini ziyarətə gəlmişdilər…

Fürsətdən istifadə edib, onlarla da, keçdikləri şərəfli döyüş yolu ilə də maraqlandım…

Rəhim Həsrət oğlu Qoçəliyev və Fazriz Alı oğlu Pəhanov hər ikisi Hacıqabulun özündəndirlər…

Rəhim 1993-cü il təvəllüdlüdür, Fariz isə 1991-cü il təvəllüdlüdür…

Fariz tikinti materiallarının satışı ilə məşğul olan sahibkar, Rəhim isə fəhlədir…

Evin tək-yeganə övladı, oğlu olan Rəhim 2011-2012-ci illərdə hərbi xidmətdə olub, əsgərliyini başa vurduqdan sonra-2013-2018-ci illərdə Daxili Qoşunlarda MAXE kimi, qulluq edib…Sonra bəzi səbəblərdən oradan ayrılıb və Farizin yanında fəhlə kimi, işləməyə başlayıb…

İkinci Vətən Müharibəsinə də könüllü, öz istəyi ilə yollanıb-sentyabrın 29-da…

Oktyabrın 1-dən dekabrın 16-na kimi, həm müharibədə, həm də ön xətdə-xidmətdə olub…

Döyüş yolu da uzun olub-Füzulidən Cəbrayla, Cəbrayıldan Qubadlıya, Qubadlıdan Şuşayacan…

Vuruşub, döyüşüb və evinə, ailəsinə də sağ-salamat, Qəhrəman kimi dönüb…

İgidliyi, Qəhrəmanlığı dövlətimiz tərəfindən də qiymətləndirilib, iki medalla “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının alınmasına görə” medalları ilə təltif olunub…

Ailəli olan Fariz isə sentyabrın 28-dən dekabrın 28-nə kimi, düz üç ay Murovdağ istiqamətində olub, döyüşüb, vuruşub…

Dekabrın 28-də ordudan tərxis olunduqdan sonra evinə, ailəsinə dönüb…

Çox təəssüflər olsun ki, bir çox Vətən sevdalısı kimi, Farizin də Haqqı tapdalanıb, adı subyektiv səbəblərdən medallara təqdim olunmayıb…

O da Haqqının bərpasını istəyir və haqlıdır…

Eyni zamanda, nə müharibə dövründə, nə də ondan sonra nə Rəhim və ailəsi, nə Fariz və ailəsi ilə maraqlanan olub…

Heç bir qurum bir dəfə olsun belə, onların qapısını döyüb, problemləri ilə maraqlanmayıb…

Hər ikisi də deyir ki, biz nəyinsə xatirinə Vətəni qorumağa getməmişdik, bunu özümüzə müqəddəs borc, şərəf bilmişdik, amma problemlərimizlə də maraqlansalar, yaxşı olar…

Tam haqlıdırlar…

Və elə hesab edirəm ki, heç olmasa, bundan sonra dövlət qurumları, aidiyyatı orqanlar bu iki Vətən sevdalısının da problemləri ilə maraqlanacaq, onlara Haqq etdikləri həssas münasibəti göstərəcəklər!

Göstərməlidirlər, göstərməlidirlər, göstərməlidirlər!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

16.04.2021, Hacıqabul

Etikxeber.az

Read Previous

Şəhid anasından telekanallara müraciət və SİTƏM…

Read Next

Bir gözünü itirən və 10-cu göz əməliyyatına girməyə hazırlaşan Qazimizə diqqətsizlik-NƏ VAXTADƏK DAVAM EDƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir