Bugünlərdə Cənnətdəki dördüncü doğum günü olan-ŞƏHİD FƏXRİ QƏRİBZADƏ İLƏ BAĞLI NÖVBƏTİ TƏDBİR YASAMAL RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ BAŞ TUTDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Bərdə rayonunun Güloğlular kəndinin, həm də Bakının Suraxanı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən biri-anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülmüş, ailənin tək və nişanlı oğlu, üç medallı, MAXE, bugünlərdə 30 yaşı tamam olan Fəxri Elmir oğlu Qəribzadənin Cənnətdəki dördüncü doğum gününə həsr olunmuş növbəti tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Bu gün saat 12:00-da düzənlənən tədbir 2 saat yarım davam edib.

Tədbir “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə Vasifqızının təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.

Tədbirdən öncə mərhum dövlət başçısı Heydər Əliyevin Mərkəzdəki büstü ziyarət olunub, sonra-tədbir zamanı isə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Etikxeber.az xəbər verir ki, tanınmış telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi tədbirdə Şəhidin anası və tək bacısı, Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, sənətçilər, ziyalılar, media mənsublar iştirak ediblər.

Tədbirdə çıxışlar edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, şeirlər ifa olunub.

Tədbirdə zaman-zaman kövrək, təsirli anlar yaşanıb, tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Çıxışlar zamanı Şəhidin anası Mehparə xanıma və tək bacısı Türkanə xanıma Allahdan səbr və dözüm arzulanıb, Fəxri Qəribzadənin Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Eyni zamanda, Fəxri Qəribzadənin keçdiyi 26 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan söz açılıb, Şəhidin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlığından bəhs olunub.

Şəhidin anası Mehparə Qəribova isə öz növbəsində tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.

“Nə yaxşı ki, mənim övladım ölmədi, Vətən yolunda Şəhid oldu”-deyən Şəhid anası övladı ilə Fəxr etdiyini və Qürur duyduğunu da sözlərinə əlavə edib.

Tədbirin sonunda xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şərait ilə-TANIŞ OLDU – FOTOLAR

Read Next

“Bu şəhərdə kimsə yoxdur”-Azərbaycanda milli-mənəvi dəyərləri təbliğ edən-SERİAL ÇƏKİLİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir