BULUDlar nə qədər özlərini YİGİD hesab etsələr də, sərhədləri təyin edə bilməz – DEPUTAT

“Türkiyədə bir termin var: “Lafazan”. Mənasız danışan adam kimi anlaşılır. Türkiyə Cumhurbaşqanı cənab Ərdoğanın baş məsləhətçisi Yiğit Bulutun Azərbaycanla bağlı sosial şəbəkələrdə yayılan bir neçə il öncənin vidiosundakı çıxışına da bu kontekstdə yanaşmaq lazımdır. Adam Türkiyənin Azərbaycanı işğal etməsi deyə bir fikir irəli sürməyib, ancaq Azərbaycanın Türkiyəyə inteqrasiya olunacağını, Türkiyənin sərhədlərinin Xəzərə dayanacağını söyləyib”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, bu, əlbəttə, yanlış bir yanaşmadır, daxili audtoriiyanın xoşuna gəlmək üçün gerçəkləşdirilən primitiv bir lafazanlıqdır:

“Əlbəttə, zaman-zaman Azərbaycan siyasətçiləri arasında o fikirlər də səslənir ki, haçansa Türkiyə ilə Azərbaycan bir konfederasiyada birləşə bilərlər. Bəli, mənim də düşüncəmdə var ki, elə bir tarixi şərait yetişə bilər və hansısa hərbi təhlükə qarşısında belə bir birlik model qaçılmaz olar, ancaq bütün hallarda hər iki ölkənin öz müstəqilliyindən əl çəkməsindən söhbət belə gedə bilməz.

Ona görə də bəzilərinin Yiğit Bulutun bu naşı söyləmlərini şişirdərək Türkiyə-Azərbaycan münasibətlərinə şübhə toxumu səpmək üçün çalışmaları heç də xoş məramdan irəli gəlmir. Türkiyənin və Azərbaycanın müstəqilliyiyi də, qardaşlığı da dönməzdir. Türkiyənin Avropaya dayanan sərhədləri həm də Azərbaycanın sərhədləridir.

Azərbaycanın Xəzərə dayanan sərhədləri həm də Türkiyənin sərhədləridir. Bu keçici BULUDlar nə qədər özlərini YİGİD hesab etsələr də, bir millətin yerinə iki dövlətin sərhədlərini təyin edə bilməzlər. Yalnız millətimizin və dövlət başçılarımızın dilindən söylənilənləri ciddiyə almamız daha məqsədəuyğundur”.

Etikxeber.az

Read Previous

Ümumrusiya Azərbaycanlılar Konqresi iki üzvünü təşkilatın sıralarından qovdu

Read Next

“Deputat adını daşımaqdan böyük şərəf duymuşam”- Mehriban Əliyeva parlamentdə yekun çıxışı etdi – YENİLƏNİB (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir