Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sahil Babayev, qurtarın kasıb, zavallı insanları ələ salmağı!
190 manatı vermirsiniz, kişi kimi deyin ki, vermirik!
Daha subay qızların telefonuna “ərinizin adına ikidən çox əmlak var”, 30 il əvvəl boşanmış subay qadına “ərinizin iki maşını var”, 20 yaşlı cavan oğlana “arvadınızın adına əmək müqaviləsi var” 14 öncə həyat yoldaşı vəfat etmiş qadına “əriniz aktiv vergi ödəyicisidir” mesajlarını göndərmək nədir?!
Yaxud, ömrü boyu bir dəfə xaricə getməyə imkanı olmayan ər-arvada “siz daimi olaraq ölkə xaricində yaşadığınız üçün sizə yardım verməkdən imtina edilmişdir”, 24 yaşlı qıza “siz əmək pensiyaçısı olduğunuz üçün yardım ala bilməzsiniz”, adına bir çöp olmayan kasıblara “adınıza ikidən çox əmlak var” mesajlarını göndərmək nədir?!
İnsanları kütləvi şəkildə aşağılamaq haqqını sizə kim verib?!
Bundan sonra “600 min vətəndaşa 190 manatdan yardım edilmişdir” nağılınıza kim inanar?!
Buna görəmi yardım alanların siyahılarını açıqlamırsınız?!

Gültəkin HACIBƏYLİ,
Sabiq deputat
Etikxeber.az





