“Buna idmançılarımızın və Azərbaycan idmanının hər şür potensialı var” – DEPUTAT

Azərbaycan ildən-ilə, aydan-aya, gündən-günə  möhtəşəm idman ölkəsinə  çevrilməkdədir. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan dünyanın idman ölkələrindən biri və hətta, bu sırada öndə gedənlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanda keçirilən bir sıra beynəlxalq yarışlar və ölkəmizdə idmana göstərilən diqqət və qayğı nəticəsində ildən-ilə, gündən-günə idman sahəsində əldə etdiyimiz naliyyətlərin sayı artır. Ölkəmizin hər bir regionunda tikilib gənclərimizin istifadəsinə verilmiş olimpiya idman kompleksləri bir daha idmana göstərilən qayğıdan xəbər verir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, məhz bunun nəticəsidir ki, Minskdə keçirilən II Avropa Oyunlarının nəticələrinə görə Azərbaycan idmançıları 5 qızıl, 10 gümüş, 13 bürünc medal olmaqla 28 medal qazanaraq xalqımızı sevindirmiş, Azərbaycanın himni səsləndirilmiş, bayrağını yülsəklərə qaldırmışlar.

asiman

eldeniz qardaş

“Nəzərə alaq ki, Avropa Oyunlarının ilki Azərbaycandan başlayıb və Azərbaycan standartları ilə dünyanın müxtəlif regionlarında növbəti oyunları keçirilir. Həmişə olduğu kimi II Avropa Oyunları yüksək nəticələr göstərmiş,idmançılar və onların məşqçiləri möhtərəm Prezidentimizin sərəncamı ilə mükafatlandırılır. Cənab Prezidentin sərəncamı ilə qızıl medal alan 50 min, gümüş medal alan 30 min, bürünc medal alan 20 min manat dəyərində mükafatlandırılmışlar. Bununla bərabər uyğun olaraq məşqçilər 25 min, 15 min və 10 min manat miqdarında mükafatlandırılır. İdmançılarımızı təbrik edir və onlara yeni-yeni uğurlar diləyirik”-deyən deputat eyni zamanda qeyd edib ki, 3-cü Avropa Oyunlarında idmançılarımızdan daha gözəl nailiyyətlər və nəticələr gözləyirik:

“Əminik və inanırıq ki, idmançılarımız 4 il sonra Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında daha uğurlu və daha  möhtəşəm nailiyyətlər, uğurlar, qələbələr əldə edəcəklər. Hətta, medalların sayına görə və ümumi nəticədə ilk beşlikdə olacaqlar. Çünki buna idmançılarımızın, Azərbaycan idmanın  hər cür potensialı var. Bir daha ikinci Avropa Oyunlarında uğur əldə edən idmançılarımızı təbrik edirik, onlara növbəti zəfərlər arzulayırıq”.

Etikxeber.az

Read Previous

İkinci çağırış MM-in üzvləri haradadır? – NÖVBƏTİ YAZI

Read Next

Həm Xəzərdə, həm uzaq Amerikada- ZƏLZƏLƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir