“Buna mane olan hər bir qüvvə dövlətə və xalqa qarşıdır…” – TAHİR MİRKİŞİLİ KADR İSLAHATLARINDAN DANIŞDI

Dövlət başçısı cənab İlham Əliyev sahibkarlıq fəaliyyətinin inkişafına, bu inkişaf ilə bağlı dövlət siyasətinə mane olan qüvvələrə qarşı sərt tədbirlərin görüləcəyini bəyan etdi. Bu baxımdan da, hesab edirəm ki,  Azərbaycanın Ümimi Daxili Məhsulda (ÜDM) 85%-lik paya sahib olan özəl sektor iqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir.Bu, aparılan iqtisadi islahatların əsas hədəflərindən biridir.

Məhz bu hədəf ölkə iqtisadiyyatının sürətli inkişafını, yeni iş yerlərinin açılmasını, iqtisadiyyata daha çox investisiyaların qoyulmasını, insanların maddi rifah halının daha da yaxşılaşmasını təmin edəcək. Buna mane olan hər bir qüvvə dövlətə və xalqa qarşıdır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

mirkisili tahir

Onun sözlərinə görə, aparılan islahatlar, şəffaflaşma, vergi ödənişində yüksək etimad mühitinin yaradılması istiqamətində görülən işlər sayəsidə əldə olunan nəticələr, sosial sahədə islahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açdı.

“Eyni zamanda, böyük ehtiyatların olması da nəzərə alınaraq, daha sürətli inkişaf üçün dövlət başçısı tərəfindən yeni tapşırıqların verilməsi və bu sahənin peşəkar, vətənə bağlı kadrlara həvalə olunması yaxın gələcəkdə iqtisadiyyatda daha sürətli artımı təmin edəcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında…” – DEPUTAT

Read Next

İlham Əliyevlə Danq Thi Nqok Thinhi qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir