“Bundan sonra məsələnin həlli çox da uzanmayacaq” – MUSA QULİYEV

Hesab edirəm ki, Ermənistan nə danışıqlardan qaça biləcək, nə Qarabağ məsələsinin həllini uzatmağa, nə də Qarabağın işğalına, onun müstəqilliyinə nail ola biləcək. Onların Qarabağ arzuları gözlərində qalacaq

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

O, xatırladıb ki, Azərbaycan prezidentinin də bu məsələdə qəti və birmənalı  mövqeyi ortadadır.

musa-teze

“Bunu beynəlxalq təşkilatlar da bilir, bunu erməni ictimaiyyəti də bilir, bunu erməni rəhbərliyi də bilir. Yadınızdadırsa, Paşinyan ilk dəfə-hələ təzə baş nazir seçiləndə “bu məsələ Ermənistanın məsələsi deyil, Dağlıq Qarabağın məsələsidir, Dağlıq Qarabağı əhalisi bunu həll etməlidir”-deyərək,  danışıqlardan qaçmaq üçün bəhanələr gətirirdi və görəndə ki, mümkün olmadı, bəhanələri bir şeyə yaramadı, axırda danışıqlar stolu arxasında oturmağa məcbur oldu.

İndi də sərhəddə, cəbhə və təmas xəttində atəşkəs rejimini pozmaqla, snayperlərə atəş əmrini verməklə, vəziyyəti gərginləşdirmək və danışıqların müddətini uzatmaq istəyirlər.

Amma onlar Aprel döyüşlərini də yaddan çıxarmayıblar və bilirlər ki, Azərbaycan ordusunun gücü nədən ibarətdir. Mən hesab edirəm ki, bu məsələ çox uzanmayacaq. Yaxın vaxtlarda bu məsələnin həlli istiqamətində ciddi addımların atılacağı gözlənilir. Azərbaycan bu məsələni mütləq və mütləq öz xeyrinə həll edəcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Politoloq həmsədrləri dilə gəlməyə, bildiklərini söyləməyə çağırdı

Read Next

TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – KAMİLƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir