Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək… – HADİ RƏCƏBLİ

Vergi Məcəlləsinə cddi dəyişikliklər, xüsusilə də, sahibkarlarla, sahibkarlıqla, vergi və sığorta yığımı ilə bağlı çox mühüm dəyişikliklər edilir. Bundan sonra sonra həm sahibkarların işi yüngülləşək, həm də sığorta və vergi yığımı bir əldən olacaq, bunu cəmi bir qurum həyata keçirəcək.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri, professor Hadi Rəcəbli dilə gətirib.

hadi racabli-hadi

O, qeyd edib ki, yığımları bundan sonra ancaq Vergilər Nazirliyi həyata keçirəcək.

“Əvvəllər sahibkarların qapısını çox əl döyüdü, bu zaman isə bir qədər gərginlik, müəyyən neqativlər yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl-Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarı ilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sığorta məsələsi ilə bağlı Vergilər Nazirliyinin səlahiyyətləri artırılır

Read Next

200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq – DƏYİŞİKLİK(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir