Bunlar milli-mənəvi dəyərlərimizə zidd əməllərdir – MİLLƏT VƏKİLİ

ELDƏNİZ SƏLİMOV: Çox əfsuslar olsun ki, hələ də sosial şəbəkələrdə, internet resurslarında, hətta, bəzi media quruluşlarında qanunvericiliyin bu tələbləri ciddi şəkildə pozulmqadadır. Yəni, insanların şərəf və ləyaqətinin təhqir edilməsi, aşağılanması, alçaldılması, onların bəzən az qala intihar həddinə çatdırılması, şəxsi həyatlara müdaxilə olunması halları, faktları hələ də ortadadır, mövcuddur… 

Gənclər siyasəti ilə bağlı qanunvericiliyə çoxsaylı dəyişikliklərin nəzərdə tutulması ölkədə qanunyaradıçılığı prosesinin təkmilləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir. Çünki hər bir qanunvericilik aktının zaman, dövrün reallıqlarına, çağırışlarına cavab verməsi zəruridir, onunla ayaqlaşması lazımdır və bu, bir tələb, sifarişdir. Hər bir qanun ölkənin inkiafından, tərəqqisindən irəli gələrək, dəyişikliklərə və əlavələr məruz qalmalıdır. Hətta, zərurət yaranarsa, həmin qanun tamamilə yeniləşdirilməli, təzəsi hazırlanaraq, müzakirələrə təqdim edilməli və qəbul olunmalıdır. Gənclər siyasəti ilə bağlı qanuna da çoxsaylı dəyişikliklər məsələsi məhz bu reallıqdan, zərurətdən irəli gəlib.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov “Gənclər siyasəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ilə bağlı fikirlərini açıqlayarkən bildirib.

eldeniz-eldeniz

Qanun layihəsinin üzvü olduğu Gənclər və idman komitəsində  geniş müzakirə olunduğunu, həmkarları, mütəxəssislər tərəfindən maraqlı fikirlərin və təkmilləşdirici təkliflərin səsləndirildiyini xatırladan millət vəkili qeyd edib ki, 2002-ci ildə qəbul olunmuş və 14 maddədən ibarət olan mövcud qanunvericilik aktının nə az-nə çox, düz 9 maddəsində önəmli dəyişikliklər edilməsi nəzərdə tutulur:

“Qeyd etdiyim kimi, mövcud qanun 2002-ci ildən qəbul olunub və onun üzərindən böyük bir zaman məsafəsi keçib. Ötən 17 il ərzində də Azərbaycanın bütün sahələrində olduğu kimi, idman, dövlət gənclər siyasəti sahəsində də dinamik, sürətli inkişaf, tərəqqi, intibah yaşanıb. Dövlət gənclər siyasəti ən yüksək səviyyəyə qaldırılıb və əsas prioritetlərdən birinə çevrilib. Qanunvericilik orqanından, özünüidarəetmə orqanı olan bələdiyyələrdən tutmuş, dövlət həyatının bütün sahələrində gənclərə geniş yer verilib, onlara öz potensiallarını nümayiş etdirmələri üçün hər cür imkan yaradılıb, hər cür fürsət tanınıb. Elə bir sahə yoxdur ki, bu gün orada gənclik olmasın və ya əsas qüvvəni təşkil etməsin.

ELDENIZZZZZ

Bu da heç şübhəsiz Azərbaycan dövləti və hökumətinin, xüsusilə də, ölkə prezidenti cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı- ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan gəncliyinə, Azərbaycan gənclərinə böyük diqqəti, etibarı və etimadı nəticəsinə mümkünləşib. Ulu öndərimiz Heydər Əliyevin dövründən qət edilən bu yol ötən 16 il ərzində də davam etdirilib, öz hədəfinə doğru irəliləyib. Odur ki, bütün bunların fonunda gənclər siyasəti ilə bağlı qanunvericiliyin 9 maddəsində  təxminən 25 dəyişikliyin nəzərdə turulması çöx önəmli və çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu dəyişikliklər ölkədə dövlət gənclər siyasətinin daha da inkişafında öz müsbət rolunu oynayacaq, bu prosesə töhfəsini mütləq şəkildə verəcək”.

Millət vəkili xüsusilə, qanun layihəsində insan şərəf və ləyaqətinin təmin edilməsi, şəxsi həyatın toxunulmazlığı ilə bağlı müddəanın, dəyişikliyin nəzərdə tutulmasını önəmli hal sayıb:

eldeniz salimov-1

“Düzdür, komitə iclasında da vurğulandığı kimi, bu məsələ bir çox qanunlarımızda əksini tapıb, var, amma bununla belə, burada xeyli problemlər də mövcuddur. Çox əfsuslər olsun ki, hələ də sosial şəbəkələrdə, internet resurslarında, hətta, bəzi media quruluşlarında qanunvericiliyin bu tələbləri ciddi şəkildə pozulmqadadır. Yəni, insanların şərəf və ləyaqətinin təhqir edilməsi, aşağılanması, alçaldılması, onların bəzən az qala intihar həddinə çatdırılması, şəxsi həyatlara müdaxilə olunması halları, faktları hələ də ortadadır, mövcuddur. Hansı ki, bunlar bizim bir millət və xalq kimi milli-mənəvi dəyərlərimizə, mentalitetimizə birbaşa zidd əməllər, hərəkətlərdir. Odur ki, digər təkmilləşdirici dəyişikliklərlə yanaşı, qanunda belə bir məsələnin, müddəanın da nəzərdə tutulması çox təqdirəlayiqdir. Bu, vacibdir və önəmlidir. Bunlar bütövlükdə həm mövcud qanunvericiliyin təkmilləşdirilməsinə, həm də dövlət gənclər siyasətinin daha uğurlu inkişafına öz töhfəsini verəcək”.

Etikxeber.az

 

Read Previous

“Sizin heç məlumatınız yoxdur… ” – ARİF RƏHİMZADƏ SƏRT DANIŞDI

Read Next

Millət vəkilləri “Avronest”-ə gedirlər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir