“Bunlar təsadüfi deyil” – ƏLİ ƏHMƏDOV

Azərbaycanda bəzi azsaylı qüvvələr var ki, ölkəmizin möhtəşəm inkişafına böhtan atır, yalanla, iftira ilə bu inkişafa kölgə salmağa çalışır.

Etikxeber.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, Azərbaycan vətəndaşları bu cür cəhdlərə inanmır:

“Çünki insanın öz gözü ilə gördüyünü nə qədər bəlağətli şəkildə təhrif etməyə çalışsan da, bir nəticə verməyəcək. Azərbaycan gözlərimizin önündə ən azı son 15 ildə nə qədər dəyişib. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Dünyanın ən möhtəşəm idman tədbirləri Bakı şəhərində keçirilir. Bir neçə gün öncə bütün dünyanın izlədiyi “Formula 1” yarışına ev sahibliyi etdik və bir neçə gündən sonra UEFA Avropa Liqasının final oyunu Bakıda keçiriləcək. Bunlar təsadüfi deyil. Əgər Azərbaycanın paytaxtı və bütövlükdə ölkəmiz inkişaf etməsəydi, dəyişməsəydi, belə əzəmətli tədbirlərin keçirilməsi üçün infrastruktur olmasaydı, belə tədbirlərin harda keçirilməsi sualı ortaya çıxanda Bakı şəhəri heç kimin yadına düşməzdi. Bunlar təkcə idmanla əlaqədar deyil. Bir neçə həftə  əvvəl ölkəmizdə humanitar forum keçirildi”.

alik ahmed

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və paytaxt Bakı bu gün dünyanın diqqət mərkəzindədir:

“Dünyanın aparıcı televiziya kanalları ölkəmiz haqqında tez-tez süjetlər verir. Bu gün insanların da həyatı və düşüncələri dəyişir. Ölkəmiz müasirləşdikcə insanlarımız da müasirləşir. Bütün bunların fonunda kimlərinsə Azərbaycanın reallıqlarını təhrif etməyə çalışması, böhtan atması bir vətəndaş olaraq hamımızın qəlbini incidir”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Atəşkəsin 25 illiyidir… – XİN BƏYANAT VERDİ

Read Next

“Azərbaycana sevgi ilə” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir