“Bunlar “YAŞAT”-ın üzərinə düşən məsuliyyəti daha da artırır, daha böyük gözləntilərin meydana çıxmasına səbəb olur…”-MİLLƏT VƏKİLİ

“YAŞAT” Fondunun yaradılmasında məqsəd şəhid ailələrinə və hərbi əməliyyatlarla əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə yardımla bağlı ictimai və vətəndaş təşəbbüslərinin düzgün istiqamətləndirilməsi, bu prosesdə sistemli, ardıcıl və məqsədyönlü yanaşmanın təmin edilməsidir.

Bunu Etikxeber.az-a açqılamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Dövlət tərəfindən bu kateqoriyadan olan insanlara bütün zəruri yardımların göstərildiyini deyən deputat hesab edir ki, “YAŞAT” Fondunun ötən dövrdəki fəaliyyəti dövlətin həyata keçirdiyi tədbilərə əlavə dəstək verilməsini təmin edə bildiyini göstərir.

R. Məmmədov Azərbaycan Prezidentinin də dəfələrlə öz çıxışlarında şəhidlərə və vətənin müdafiəsində iştirak etmiş şəxslərə xüsusi diqqət və həsasslıqla yanaşılmasının vacibliyini vurğuladığını xatırladıb:

“YAŞAT” Fondu həm də Azərbaycan cəmiyyətinin vətən müharibəsi iştirakçılarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşmüş, şəhidlik zirvəsinə ucalmış, sağlamlığını itirmiş bütün şəxslərə ictimai münasibətinin ifadəsidir. Çünki biz, xüsusilə Vətən Müharibəsindən sonra Azərbaycanda bu insanların taleyinə kifayət qədər yüksək ictimai həssaslıq müşahidə edirik. Təbii ki, “YAŞAT” Fondunun yaradılması məhz bu müşahidələrin dövlət tərəfindən adekvat qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirilməlidir”.

Deputat bildirb ki, fond ötən müddətdə 2800-ə yaxın şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirib. Bu insanların əsas ehtiyacları müəyyənləşdirilib, müvafiq təhlillər və qiymətləndirilmələr aparılıb:

“Hesab edirəm ki, bu faktlar fondun nə qədər fəal, eyni zamanda sistemli fəaliyyət göstərdiyini təsdiq edir. Xeyli sayda şəhid ailəsinə yardımlar edilib, vətən müharibəsində yaralanmış soydaşlarımızın müalicəsi təmin olunub, onların bir qisminin xarici ölkələrdə müalicəsinin davam etdirilməsinə  imkan yaradılıb”

R. Məmmədov vurğulayıb ki, “YAŞAT” Fondunun yaradılması Azərbaycanda milli birliyin və həmrəyliyin göstəricisi kimi də qiymətləndirilə bilər. Bu günə qədər fonda ödəmələrin davam etdirilməsi, eyni zamanda öz fəaliyyətini kifayət qədər şəffaf bir formada təşkil etməsi bu quruma olan ictimai etimadı da gücləndirir:

“Azərbaycan xalqı müharibə iştirakçılarına, vətən uğrunda canından, sağlamlığından keçmiş insanlara kifayət qədər həssas münasibət göstərir. Təbii ki, dövlət tərəfindən atılan addımlar, həyata keçirilən siyasət bu münasibətin bir ictimai dəyər kimi qavranılmasını şərtləndirən əsas amillərdən biridir.

Fikrimcə, qeyd etdiyim məqamlar həm də “YAŞAT” Fondunun üzərinə düşən məsuliyyəti daha da artırır, daha böyük gözləntilərin meydana çıxmasına səbəb olur. Lakin müşahidələrimiz əsasında deyə bilərik ki, fondun bugünkü fəaliyyəti, idarəçilik və vətəndaşlarla ünsiyyət metodu bundan sonra da gözləntiləri doğrulda biləcəyini söyləməyə əsas verir”.

Etikxeber.az

Read Previous

Daha 2192 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Read Next

Heyf Sizdən, Aslan müəllim, çox heyf…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir