“Bunlara leş olan it, at və ya eşşək ətini yedirdib…” – MİLLƏT VƏKİLİ

“Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Binəqədi rayonunda tərkibi qida üçün yararsız olan kolbasaları satan Nicat Babaşi və Vüqar Səlimov adlı vətəndaşları saxlayıblar. Ədliyyə nazirliyinin Ekspertiza Mərkəzi də bu məhsulların qida üçün yararsız olması barədə rəy verib. Belə anlaşılır ki, bu kolbasalar leş ətlərdən hazırlanıb. Yəni, həmin kolbasaların hazırlanması zamanı at, it, eşşək, ölmüş xəstə mal-qara, hətta caynaqlı heyvanların ətlərindən istifadə edildiyi istisna deyil. Daxili İşlər Nazirliyinin bu istiqamətdə bütün qətiyyətli addımlarını dəstəkləyirəm”.

Etikxeber.az-ın məlumatına görə, bunu deputat Fazil Mustafa öz “Facebook” statusunda yazıb.

O, bununla belə, düşünür ki, burada bəlkə də ən az suçu olan satıcılardır.

Onun yazdığına görə, əsas sifarişçilərin və istehsalçıların aşkara çıxarılmasıdır.

“Bu məsələdə bütün ictimaiyyət polis əməkdaşılarına köməklik göstərməlidirlər. Ölkədə yayğınlaşan sağalmaz xəstəliklərin bir səbəbini də burada axtarmaq lazımdır. Bu adamlara qarşı hansı tədbirlər görülməsini müəyyənləşdirməkdə hələ də çətinlik çəkirəm.

Çində, Koreyada bilinən hansısa ictimai cəza növü varmı? Məsələn, həbsə göndərməzdən öncə bu işdə cinayət əməli sübuta yetirilmiş sifarişçi, istehsalçı və satıcılara leş formasında olan it, at və ya eşşək ətini yedirdib televiziyadan canlı yayınla vermək olmazmı?

berde sakini et2

 

Kənd təsərrüfatı nazirliyi bildirib ki, 70 ton bu cür ət məhsulu ötən il dövriyyədən çıxarılıb. Bəs çıxarılmayan hələ gör nə qədər yoxlanmamış qida məhsulu var? İndi durub çağırış etsən ki, ay camaat dönər yeməyin, toylarda, restoranlarda lüləkababa əlinizi vurmayın, mənşəyi bəlli olmayan su və spirtli içkiləri içməyin, hər yerdən üstünə töküləcəklər ki, niyə biznesimizi öldürürsünüz?

Bəs sizlər kimlərinsə himayəsinə arxayın olaraq bu xalqı leş ətləri ilə açıq-aşkar öldürürsünüz, o zaman hansı yol tapaq ki, özbaşınalığın qarşısını alaq?”-deyə, deputat sonra yazıb.

Etikxeber.az

Read Previous

Yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb ediləcək – SİQARET ALANDA

Read Next

Prezidentən “Hacı Cavad məscidi” ilə bağlı GÖSTƏRİŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir