Bunların qarşısının alınmasında İƏT-in dəstəyinə güvənirik – NAZİR MÜAVİNİ

“Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı Azərbaycanın taleyüklü məsələdir”.

Etikxeber.az xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov İslam həmrəyliyi: zamanın çağırışı” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

XİN rəsmisi  bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edir:

“Bu kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında İslam həmrəyliyinin böyük əhəmiyyəti var. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının rolunu və işğalla bağlı kontakt qrupunun yaradılmasını yüksək qiymətləndirir, İƏT-ə bu məsələyə siyasi və hüquqi qiymət verməsinə görə təşəkkür edir, digər İslam ölkələrini də bu sahədə həmrəylik nümayiş etdirməyə çağırırıq.  Erməni silahlı bölmələri işğal olunmuş ərazilərdə etnik təmizləmə, Xocalıda soyqırımı həyata keçirib. Hazırda isə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşma siyasəti yürüdür, yerli məhsulları qondarma brendlər altında xarici ölkələrə çıxarmağa çalışırlar. Bunların qarşısının alınmasında İƏT-in dəstəyinə güvənirik”.

X. Xələfov İƏT ölkələrinin Dağlıq Qarabağdan olan şəxslərin girişini qadağan etməsi istiqamətində də addımlar atdığını deyib. Nazir müavini vurğulayıb ki, işğal olunmuş Azərbaycan torpaqlarında abidələr, qəbirlər və məscidlər darmadağın edilib.

“İƏT ölkələri KİV-inin bu məsələri işıqlandırmaq istiqamətində fəaliyyətlərini gücləndirməsini xahiş edirik. Azərbaycan bir sıra müsəlman ölkəsində olan müharibə və münaqişələri yaxşı anlayır. Bunların həll olunması üçün səylərin birləşdirilməsi və qarşılıqlı dəstək mexanizminin yaradılmasını zəruri hesab edirik” – deyə, X. Xələfov qeyd edib.

Etikxeber.az

Read Previous

KOMİTƏ SƏDRİ: 2017-ci ilin “İslam həmrəyliyi” elan edilməsi dünyaya bir mesajdır

Read Next

Ağdam sakini avtomobillə anasını vuraraq öldürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir