Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslində bunu açıqlamaq istəmirdim, lakin çirkab dolu fikirlərə, “ictimai nəzarətçi”lərə cavab olaraq bildirmək istəyirəm ki, Biləsuvarı təmsil edən deputat kimi, Koronovirusla Mübarizəyə Dəstək Fonduna hələ mart ayının 25-də ianə vermişəm.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.
“Düzü indiyədək bunu açıqlamağa zərurət duymamışam, çünki, bu, mənim vəzifə öhdəliyim yox, vicdani borcumdur və mənəvi borcunu yerinə yetirən adamın öz əməlini reklam etməsi mənə görə etik deyil. Lakin mediada yayılan uyğunsuz yazılardan sonra məsələni açıqlamaqdan başqa yolumuz qalmadı…”-deyə, o, əlavə edib.

Etikxeber.az





