Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fikrimiz rəqibdən çəkinməyərək öz oyunumuzu oynamaq idi. Bunu bacardıq. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi.
Etikxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Arsenal” ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər. Təcrübə baxımından böyümək üçün bu cür böyük məğlubiyyətlər lazım olur. Qalib gəlməkdən ötrü isə qol epizodları yaratmalısan. Yaratdığımız qol epizodlarından yararlana bilmədik” – deyə o əlavə edib.
Etikxeber.az