“Bunu özləri də bilir, sadəcə, indi insanların hissləri ilə oynayırlar…”-BƏHRUZ MƏHƏRRƏMOV

Ötən bir həftə ərzində, sərhəddə təxribat cəhdləri, habelə aralarında media mənsubları olan vətəndaşlarımızın hərbi cinayətə qurban getməsi narahatlıq doğuran nüanslarıdır. Görünən odur ki, haylar sivil qonşuluq münasibələrinə hazır deyil. Bu da onunla bağlıdır ki, hayların dövlətçilik tarixi yoxdur, bütün tarix boyu prazit kimi ayrı-ayrı dövlətlərin kölgəsində dolanıblar. Cənab Prezidentin də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdə ifadə etdiyi kimi, 30 il ərzində bunların unikal şansı olub ki, dövlət qursunlar. Bunlar nə etdi. əksinə bütün qonşularına ərazi iddiası irəli sürdülər və bu təfəkkürü də bundan sonra çətin dəyişə, ona görə də ermənilərlə onların başa düşdüyü dillə danışmaq lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin növbədənkənar sessiyasının ilk plenar iclasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, biz 44 günlük müharibədə Ermənilərə reallığı başa salmışıq, gizli terror mahiyyətli davranışları çıxsaq, açığı heç bir formada onlar bizə güc göstərməyə bir daha cəhd etməyəcəklər, Ötən ilin sentyabrına qədər qədər ona görə bizi hədəf götürürdülər ki, davamlı olaraq tarixin müxtəlif mərhələlərində biz onlara lazım olan cavabı vermirdik.

“Lakin Vətən müharibəsində dəmir yumruq onların genlərinə vuruldu, yadaşlarına vuruldu, onların süni yolla formalaşdırılmış özünəinamı darmadağın edildi, ideoloji birliyi məhv edildi. Düzdür məğlubla müqayisə aparmaq doğru deyil, amma bu gün daxili stabilliyin mövcud olması bizim Ermənistandan ən ciddi fərqimizdır. Bu mənada nə qədər ki, İlham Əliyev şəxsiyyəti ətrafında birliyimiz var, ermənin açıq formada bizə baş qaldırması mümkün deyil. Ona görə də Ermənistanın da onun havadarlarının da hədəfi Azərbaycanda milli birlik, daxili stabillik olacaq. Təbii ki, heç kim bu xalqın birliyini poza bilməz, lakin, təəssüflər olsun ki, öz daxilimizdən bu birliyi hədəfə almaq cəhləri müşahidə etməliyik.

Məsələn, Azərbaycan dövlətini öz vətəndaşını minalnmış ərazilərə buraxmamaqda günhlandırmaq cəhdləri var. Bəli vətəndaşın sərbəst hərəkət emək hüququ var, bu gün heç bir vətəndaşa Qubaya yaxud Zaqatalaya niyə gedirsən deyən yoxdur, amma vətəndaşın “minalı ərazilərdə özünü təhlükəyə atmaq hüququ” kimi bir anlayış yoxdur. Dünyada da qəbul olunmuş bir hüquqi prosedur var ki, milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş, sağlamlığın və mənəviyyatın mühafizəsi naminə demək olar ki, bütün azadlıqlar məhdudiyyətlərə məruz qala bilər. Əgər həqiqətən də bir partiya rəhbəri hesab edirsə ki, minalanmış ərazilərə buraxmamaq pozuntudur, məncə hüquqi yola baş vursun. Amma etməzlər, çünki, yerli məhkəmələr bir yana, ən azından Avropa Məhkəməsinin onlara gələcək cavab bəllidir. Bunu özləri də bilir, sadəcə, indi insanların hissləri ilə oynayırlar”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in sessiyası-SPİKER PAKİSTAN SƏFƏRİNDƏN DANIŞDI, SUSUZLUQ FACİƏSİ İLƏ BAĞLI ŞƏHİDLƏRİN AİLƏLƏRİNƏ BAŞSAĞLIĞI VERDİ, JALƏ ƏLİYEVA QANLI OLAYDA BEYNƏLXALQ İCTİMAİYYƏTİ GÜNAHLANDIRDI, FƏZAİL AĞAMALI XİN-Ə SƏSLƏNDİ, HƏMSƏDRLƏR FORMATININ LƏĞVİ MƏSƏLƏSİNİ QALDIRDI – YENİLƏNİB – (5) – FOTOLAR

Read Next

Azərbaycanda Türkiyə tədris proqramı əsasında iki peşə təhsili müəssisəsi yaradılacaq- MM TÜRKİYƏ İLƏ BAĞLI PROTOKOLU RATİFİKASİYA ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir