“Bunu vandalizm və barbarizm kimi qiymətləndiririk”-PREZİDENTİN KÖMƏKÇİSİ

“SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik və çox unikal hallardan biridir ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik olan raket atılır.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Bildirib ki,  bu, onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur.

 “Bir daha da bunu vandalizm və barbarizm kimi qiymətləndiririk”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Gəncə hadisələrinə niyə göz yumulur?”-DEPUTATDAN KƏSKİN ETİRAZ

Read Next

İşğal altında olan daha bir neçə yaşayış məntəqəmiz azad edilib…-PREZİDENT BƏYAN ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir