“Bunun adı xainlik, qorxaqlıq, haqq-hüquq tanımamaqdır…Can Azərbaycan heç vaxt tək qalmayacaq…”-TÜRKİYƏ RƏSMİLƏRİNDƏN NÖVBƏTİ ERMƏNİ VANDALİZMİ VƏ TERRORİZMİNƏ KƏSKİN ETİRAZ, ERMƏNİSTANA XƏBƏRDARLIQ… – YENİLƏNİB – (1)

Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda olduğu kimi, qadın, uşaq, qoca və mülki şəxslər demədən qətl törədir.

Etikxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın “Twitter” hesabında yazıb.

O, qeyd edib ki, bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq, kim nə deyirsə, desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır.

***

“Bunun adı xainlik, qorxaqlıq, haqq-hüquq tanımamaqdır”.

Bunu isə Türkiyənin vitse-prezidenti Fuat Oktay “Twitter” hesabında yazıb. 

O, bildirib ki, hərbi cinayətlər törədən terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə yaşlı, qadın, uşaq ayırmadan mülki insanları hədəf aldı:

“Kirli üzünü bir daha göstərdi. Hər mövzuda sözü olan beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə səssiz qalması təəccüb doğurur. Heç bir insanlıq suçu cəzasız qalmaz. Can Azərbaycan, daha güclü şəkildə yanında olmağa davam edəcəyik”.

***

“Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi, mülki insanlara hücum edərək insanlığa qarşı cinayətlər törətdi”.

Bunu da Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül  “Twitter” hesabında yazıb. 

O, bildirib ki, Ermənistanın bu alçaqlığını lənətləyir:

“Həmişə azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Can Azərbaycan heç vaxt tək qalmayacaq”.

Etikxeber.az

Read Previous

“Bu oktyabr gecəsində şirin yuxudaykən Ermənistanın raket atələrşiylə öldürdüyü dinc insanların, məsum körpələrin qanını Azərbaycan heç vaxt bağışlamayacaq, Allah da bağışlamaz!”-RAFAEL HÜSEYNOV

Read Next

“Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir