“Bunun üçün çox kiçik bir məbləğ vəsait tələb olunur…” – HADİ RƏCƏBLİ

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci ilə olan büdcəsi də geniş müzakirə mövzusudur. Gələn il üçün bu büdcədə 4 milyard 825 milyon 508 min 800 manat vəsait nəzərdə tutulur ki, bu da əvvəlki illə müqayisədə 697,41 milyon manat və ya 17 faiz çoxdur. Təkcə onu demək kifayətdir ki, bu büdcənin tərkibində transfertin həcmi 2012-ci ildə mövcud olan 42 faizdən gələn il üçün 29 faizə enərək 1 milyard 427 milyon manat təşkil edəcəkdir. Onu da qeyd edim ki, bu büdcənin artan böyük məbləği məhz DSMF-nin öz imkanları hesabına toplanacaq.

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə hörə,  sevindirici hal bir də odur ki, prezidentin apardığı struktur islahatlarının səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması bu büdcənin artımında özünü kəskin surətdə göstərə bildi.

“Ehtimallar var ki, bu artımlar gələn ildə çoxalacaq və DSMF əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaqdır. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əmək haqqlarının artım tempi davamlı surətdə çoxalacaq.

Bir önəmli məqamı da xüsusi vurğulamaq istəyirəm. DSMF-nin xərclər qrafasında bu il üçün nəzərdə tutulmuş vəsaitlərin səmərəli istifadə edilməsi də təqdirə layiqdir.

Sənəddəki rəqəmlərdə, öz əksini bariz surətdə tapmasa da, əhaliyə göstərilən yüksək xidmət, yaradılan şəffaflıq, operativlik, müraciət edənlərin məmnunluğu bu qurumun həm də DOST xidməti vasitəsilə gördüyü təqdirəlayiq işlərdəndir. Pensiyaların elektron qaydada ödənilməsi texnologiyası və bununla yanaşı artıq müavinətlərin 14 növünün bu qaydada paylaşılması məmur-vətəndaş təmasının sıfıra yaxınlaşmasına imkan yaradır.

HADİ-HADİ-1

Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm, son bir il ərzində bu qurum əhaliyə informasiya çatdırılması, sual-cavab təminatına geniş miqyasda şərait yaradıb, hər bir vətəndaşa çatmaq üçün təbliğat mexanizmlərindən təqdirə layiq istifadə edə bilib. Belə ki, bu məqsədlər üçün saytlar, internet səhifələri yaradılmış və əhalini düşündürən suallara bu yolla operativ, təcili və dəqiq cavab tapıla bilinir. Açığını deyim ki, bu qəbildən parlamentə daxil olan şikayət və ərizələrin də sayı son vaxtlar xeyli azalıb.

Parlamentdə aparılan geniş müzakirələrdə bütün müsbət məqamlar və ölkə  prezidentinin bu sahədəki qarşıya qoyduğu vəzifələrin nazirlik tərəfindən uğurla həyata keçirildiyi xüsusi vurğulandı. Bununla yanaşı bir sıra problem və uyğunsuzluqlara da diqqət cəlb edildi. Belə ki, əlilliyin müəyyələşdirilməsiylə bağlı nazirliyin yaratdığı elektron sistem son vaxtlar bəzi boşluqlarıyla və narahat görüntüləriylə sual doğurur. Müzakirələr zamanı çıxışlarda səsləndi ki, səhiyyə orqanları tərəfindən sənədlərin verilməsində pərakəndəliyin və sistemsizliyin mövcudluğu da buna səbəb olur.

Düşündürən bir statistikanı da diqqətə çatdırmaq istərdim. 2017, 2018, 2019, 2020-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına idman cəmiyyətləri üçün nəzərdə tutulmuş vəsaitlərinin hətta əmək haqqı göstəriciləri belə demək olar ki, tamamilə dəyişməyib. Nəzərə alsaq ki, bu illərdə ölkəmizin idman uğurları xeyli artıb və minimum əmək haqqı bütün sistemlərdə çoxalıb, bu göstəricinin artırılmasına böyük ehtiyac var. Onu da deyim ki, bunun üçün çox kiçik bir məbləğ vəsait tələb olunur…”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Avro 2020”-11-ci tur:AZƏRBAYCAN-UELS – 0:2 – YENİLƏNİB – (1)

Read Next

Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir