Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müstəqilliyimizə və demokratiyaya ən böyük təhlükə mövqesizlik, biganəlik və laqeydlikdir.
Etikxeber.az xəbər verir ki, bunu İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc bildirib.
Onun sözlərinə görə, bu gün açıq-aşkar şəkildə Avropa paytaxlarında Azərbaycanla bağlı qorxulu, təhdidvari çağırışlar edilir, ancaq Azərbaycanda mütləq əksəriyyət buna susur.
O, sadiq və sədaqətli Heydər Əliyevçilərə, həmçinin, dövlət idarəçiliyində çalışan insanlara, məmurlara müraciət edib.
“Bu təhdidlər qarşısında susmayın. Hansı səngərdə döyüşdüyünüzü bəlli edin. Heydər Əliyev demişkən, mövqeynizi bildirin,ortaya qoyun. Biz mərhum Heydər Əliyevin vaxtı ilə işlətdiyi bu sözlərin nə anlam daşıdığını indi daha aydın şəkildə başa düşürük. Mən buradan xarici işlər naziri Elmar Məmmədyarova müraciət edirəm. Olmazdımı ki, bir dəfə Avropa ölkələrinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz, mövqeyinizi ortaya qoyaydınız…”-deyə, Z. Oruc sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az