Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Təhsil haqqında” qanuna dəyişikliklərlə bağlı deputatlar müxtəlif təkliflər səsləndirdilər
Milli Məclisin (MM) oktyabrın 27-də keçirilən növbəti plenar iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, müzakirələr zamanı çıxış edən deputat Etibar Əliyev deyib ki, kvalifikasiya anlayışı Booniya prosesinin iki mühüm şərtini gerçəkləşdirir.
Millət vəkili bildirib ki, qəbul edilən qanunlarda sovet təfəkkürü qalmayıb: “Bu, müəllimlərin təfəkküründə qalmaqdadır. Bir sıra sahələrdə də yeni dərsliklər yazılmır. Bu mühüm sənəddə təhsilin məzmununun Boloniya prinsiplərinə uyğunlaşdırılması nəzərdə tutulur. Bu, qaçılmazdır. Kurrikulum anlayışında da sovet təfəkkürü yoxdur. Azərbaycan təhsil sistemində kurrikulum yeni anlayışdır. Pandemiya ilə bağlı distant təhsilin tətbiqi zərurət halını aldı. Təhsil haqqında yeni qanun yazmaq yox, qanundakı anlayışları düzgün tətbiq etmək lazımdır”.
Millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, nazirlikdə çox mötəbər universitetlərdə oxuyan gənclərimizdən diplomların tanınması ilə bağlı dəxlisiz sənədlər tələb olunur:
“Ali məktəblərə bu etinasız münasibət aradan qaldırılmalıdır. Diplomların tanınması üçün sənədlər açıq şəkildə elektron formada tələb olunmalıdır. Dövlət universitetləri ilə özəl universitetlər arasında elə bir fərq qalmayıb. Artıq elə dövlət universitetləri var ki, onlarda təhsil haqqı özəldən qat-qat çoxdur. Dünyanın heç bir yerində dövlət universitetlərində olan təhsil haqqının özəldən çox olması təcrübəsi yoxdur. Ümumiyyətlə, bu gün bürokratik əngəllər camaata çox böyük çətinliklər yaradır. Qanun elə yazılmalıdır ki, bu bürokratik əngəllərə yer qalmasın”.
Deputat Aqiyə Naxçıvanlı öz növbəsində bu tədris ilində.az buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib. Bildirib ki, hazırda yaranmış vəziyyətlə bağlı onlayn təhsilin davam etdirilməsində çox böyük çətinliklər var:
“Buna görə də valideynlər tərəfindən mənə belə müraciətlər daxil olur. Mən də bu müraciətləri burada səsləndirirəm. Heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin”.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





