Buş: “Hörmətli Özal, Qərbi İraq və Kərkükə girin…” – 25 il öncənin sirri… Fotolar

Türkiyənin mərhum  prezidenti Turqut Özal 1991-ci ildə ABŞ prezidenti Corc Buşun Türkiyə Silahlı Qüvvələrinin İraqın şimal bölgəsinə, xüsusən də Mosula girməsi ilə bağlı təklfini rədd etməsindən peşmançılıq çəkdiyini deyibmiş.
O, bu peşmançılığını 1992-ci ildə Azərbaycanın mərhum eks- prezidenti Əbülfəz Elçibəylə görüşündə etiraf edibmiş.
Etikxeber.az Gununsesi.info-ya istinadən  xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti “Özal Mosula girmək istədi, ordu ona qarşı çıxdı”  başlıqlı məqalə dərc edib.
Məqalədə  qeyd olunub ki, Birinci Körfəz krizisi zamanı ABŞ-ın sabiq dövlət başçısı Corc Buş cənubdan İraqa girəcəyini bildirərək deyibmiş  ki, Türkiyə də şimaldan girib buraları almalıdır, çünki onların Mosul və Kərkükdə haqqı var. Həmin dövrdə baş nazir olmuş Yıldırım Akbulut illər sonra Özal ilə Buşun arasında aşağıdakı dialoqun keçdiyini bəzi keçmiş millət vəkillərinin diqqətinə çatdırıbmış:
“Buş: Hörmətli Özal, Qərbi İraq və Kərkükə girin.
Özal: Bu gün gir deyirsinizsə, sabah da çıx deyəcəksiniz.
Buş: Kim girdiyi yerdən çıxıb ki, çıxasınız? Kiprə girdikdən sonra çıxdınız?”
Özalın qardaşı Qorqud Özal da Buş ilə gizli saziş bağladığını bildirərək belə deyibmiş: “Türkiyə İraqın qərb sərhədlərini nəzarətə götürəcəkdi. ABŞ isə cənubdan İraqa girəcəkdi. Türkiyə cənubdakı ABŞ qüvvələri üzrə basqını azaldacaqdı. Beləliklə, asan bir şəkildə Bağdada giriləcəkdi”. 
Gununsesi.info-ya verilən məlumata görə, Türkiyənin  Mosul və Kərkükə girməməsi məsələsi 1992-ci ildə Əbülfəz Elçibəylə Turqut Özal arasında  da müzakirə olunub və o, bu hərəkətindən peşmançılıq çəkdiyini deyib. Bu məsələnin detalları  Turqut Özalla Əbülfəz Elçibəy arasında müzakirə olunub. Görüşdə T.Özal bildirib ki, ABŞ prezidenti Corc Buş Türkiyədən İraqın girməsini təkid edib. Deyib ki, Türkiyə Silahlı Qüvvələri şimaladan, ABŞ qoşunları da  cənubdan İraqa girməsi planı müzakirə edilib. Buş deyib ki, Mosula girib oranı nəzarətdə saxlayın.  Bu yolla PKK-ya qarşı efektli mübarizənin aparılmasının vacibliyi Vaşinqton tərəfindən Ankaraya təklif olunur. Ciddi müzakirələrdən sonra  C. Buş T.Özalı İraqa girməyə inandırıb. Tərəddüd içində olduğundan T.Özal deyib ki, bu məsələni TSK ilə müzakirə edib, ordunun razılığını almalıdır.
T. Özal bu məsələni TSK ilə müzakirə edir və ordu generalları və TSK-nın o zamankı  Baş Qərargah rəisi iclasda Türkiyənin Mosula girişinə qəti etiraz edir. Hətta, istefa verəcəyini bildirir. Məsələ ikinci dəfə də müzakirə olunur, ordu generalları  Türkiyə ordusunun  İraqa girməsinin qəti əleyhinə çıxır.  Bundan sonra  Turqut Özal İraqa girməkdən vaz keçir və ordu ilə apardığı müzakirələrin yekun nəticəsini Vaşinqtona bildirir. T.Özalla danışıqda  ABŞ rəsmiləri ona bildiriblər ki, əlinizə düən fürsəti əldən verdiniz, belə bir şans bir daha düşməyəcək.
T.Özal Ə. Elçibəylə söhbətində deyib ki, kaş o zaman ordu generallrının sözünə baxmayaydı:
“Məsuliyyəti üzərimə götürüb  Mosul və Kərkükə girəydim. İndi isə o şansı əldən verdiyimə görə peşmanam”.
Qeyd edək ki,  qısa müddətdən sonra Türk ordu generalları da belə bir şansı əldən verdiklərinə görə peşmançılıq çəkdiklərini açıqca dilə gətiriblər.
ozallllllbusss
Etikxeber.az

Read Previous

“İran ilə Finlandiyanın dəmir yolları Bakı və Moskva vasitəsilə birləşəcək” – PREZİDENT

Read Next

Yeni komanda məntəqəsi istifadəyə verilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir