“Bütün bilik və bacarığımı sərf edəcəyəm ki…” – SAHİBƏ QAFAROVA

Əmin etmək istəyirəm ki, parlamentin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm.

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) yeni sədri Sahibə Qafarova deyib.

“Əziz dostlar, dəyərli siyasi həmfikirlər!Diqqətinizə və xoş sözlərinizə görə, hər birinizə təşəkkür edirəm! Bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüklərinə, yüksək etimada görə bir daha Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və partiya həmfikirlərimə, dəstək verən həmkarlarıma sonsuz minnətdarlığımı bildirirəm. Əmin etmək istəyirəm ki, parlamentin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm.

Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Milli Məclisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin parlamentin iclasında dərin məzmunlu çıxışında irəli sürdüyü dəyərli tövsiyələrini öz fəaliyyətinin əsas cəhətlərini müəyyənləşdirən yol xəritəsi kimi qəbul edərək bundan sonra da dövlətimizin başçısının rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcək, ölkəmizdə geniş vüsət alan quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, respublikamızın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək.

Eyni zamanda, parlamentimiz dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə dəstək verəcək, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına diqqəti daha da artıracaq. Mən bir daha hər bir həmkarımı təbrik edir, uğurlar arzulayıram!”-deyə, S. Qafarova əlavə edib.

Etikxeber.az

Read Previous

Azər Badamov komitələrini dəyişdi-TAHİR RZAYEVLƏ FƏZAİL İBRAHİMLİNİN “KOMİTƏLƏRİ”NDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK

Read Next

MM-in İnsan hüquqları komitəsi-SƏFİYAR MUSAYEV, SİRUS TƏBRİZLİ, RƏBİYYƏT ASLANOVA, BAHAR MURADOVA VƏ ZAHİD ORUC…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir