“Bütün bunlar ona görə baş verir ki…” – ƏLİ HƏSƏNOV

“Azərbaycan bu gün nəinki bölgənin, dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Azərbaycanın iqtisadiyyatı, siyasəti, sosial həyatı, mədəni-mənəvi həyatındakı yeniliklər sözün həqiqi mənasında bütövlükdə dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının qürur hissinə çevrilib”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov bu gün YAP Nərimanov rayon təşkilatının X konfransında çıxışı zamanı deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan dünyanın mədəniyyyət, idman mərkəzlərindən birinə çevrilib.

Onun sözlərinə görə, ölkəmiz siyasi, mədəni dialoq və multikultural dəyərlərin müzakirə olunduğu və yeni-yeni nümunələrin ortaya qoyulduğu bir mərkəzdir.

“Prezidentimizin vurğuladığı kimi multikulturalizm Avropada məkanında iflasa uğradığı dövrdə Azərbaycan bu istiqamətdə yeni bir model ortaya qoydu. Multikultural dəyərlərimiz bu gün nəinki Azərbaycan cəmiyyətinin inkişafının əsas məsələlərindən birinə çevrilib, o cümlədən dünya səviyyəli  mütəxəssislər tərəfindən araşdırılır və bu dəyərlər başqa ölkələrdə də istifadə olunur. Bu gün Azərbaycanın bölgədə nümayiş etdirdiyi siyasət, xüsusilə energi siyasəti, müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin nüfuzunun ifadəsidir.

Azərbaycanın bir neçə il öncə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi təsadüfi deyildi. Həmçinin, ölkəmiz təsadüfən dünyanın transmilli layihələrinə dəvət almır. Bütün bunlar ona görə baş verir ki, Azərbaycan doğru yoldadır. Ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar ideyaları, YAP-ın təməlində dayanan ideyalar bu gün uğurla həyata keçirilir. Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Xalqımız bu siyasəti özünün gələcək inkişafının əsası kimi qəbul edir və dəstəkləyir”– deyə, Ə. Həsənov vurğulayıb.

Etikxeber.az

Read Previous

“Yeni enerji mənbələri təklif etməklə, təhlükəsizliyə töhfə verirsiz” – DÖVLƏT KATİBİNİN MÜAVİNİ

Read Next

“TEHRANA HÜCUM PLANI: AYƏTULLAHLARA QARŞI MÜHARİBƏ,YOXSA?…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir