“Bütün bunların bircə cavabı var: Ermənistan 44 günlük müharibənin nəticələrindən irəli gələn öhdəliklərə əməl edəcək”-XƏLƏF XƏLƏFOV

Gərginlik yaratmaq, təxribat törətmək, Qarabağda yaşayan ermənilər arasında separatizmi qızışdırmaq, bu ərazilərə qanunsuz olaraq silah-sursat daşımaq, bu ərazilərdən çıxarılmalı olan qanunsuz hərbi birləşmələri gücləndirmək kimi pozucu fəaliyyətlərindən hələ də əl çəkmirlər.

Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə tədbirdə çıxışı zamanı deyib.

O, sonra “Bütün bunların bircə cavabı var: Ermənistan 44 günlük müharibənin nəticələrindən irəli gələn öhdəliklərə əməl edəcək. Ümid edirik ki, qonşumuz Ermənistan bütün deyilənlərdən, Azərbaycanın və bütün beynəlxalq ictimaiyyətin sülhün bərqərar olması üçün, problemlərin tez bir zamanda həlli üçün, sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və bütün kommunikasiyaların açılması kimi münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən düzgün nəticə çıxaracaq”-deyə, qeyd edib.

Etikxeber.az

Read Previous

Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə-YOLA DÜŞDÜ

Read Next

“Hüquq-mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaq”-QƏNİRƏ PAŞAYEVA FAZİL MUSTAFANIN GÜLLƏLƏNMƏSİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir