“Bütün cəbhə boyu şiddətli döyüşlər gedir…”-NAZİRLİK CƏBHƏDƏKİ SON DURUM BARƏDƏ MƏLUMAT VERDİ – YENİLƏNİB

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin son məlumatında bildirilir.

“Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir”-deyə, məlumatda sonra qeyd olunur.

***

“Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var. Eyni zamanda, düşmənin döyüş texnikası və zenit-artilleriya kompleksləri məhv edilib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov mətbuata açıqlamasında deyib.

A.Eyvazov bildirib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir. Qələbə bizimlədir.

Etikxeber.az

Etikxeber.az

Read Previous

“Türkiyə Azərbaycana tam dəstək verəcək, Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq”-TÜRKİYƏ XİN

Read Next

Ərdoğan İlham Əliyevə zəng etdi-AZƏRBAYCANA NÖVBƏTİ DƏFƏ DƏSTƏYİNİ İFADƏ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir