Bütün müəssisələrdə psixoloqlar fəaliyyət göstərməlidir-Əhliman Əmiraslanov

“Azərbaycanda professional psixoloqlar az olduğundan  onların yerini bəzi ekstrasenslər, şarlatanlar, təsadüfi falçılar doldurur”.

Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, əsl psixoloqlar olsa, insanların psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yardım edərlər. Ə. Əmiraslanov vurğulayıb ki, psixoloqların fəaliyyət dərəcəsi çox genişdir və onlar bütün müəssisələrdə fəaliyyət göstərməlidir: “Bunlar nəzərə alınaraq, “Psixoloji yardım haqqında” qanunun qəbulu nəzərdə tutulur. Təhsil, elm, idman və digər müəssisələrin psixoloqa ehtiyacı var. “Psixoloji yardım haqqında” qanun mütləq həyata keçirilməli və bütün müəssisələrdə psixoloqlar fəaliyyət göstərməlidir”.

Etikxeber.az

Read Previous

Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul edildi-MM

Read Next

Oqtay Əsədov: “Biz ədalətin gec-tez zəfər çalacağına inanırıq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir