Bütün növ ödənişlər gəlir vergisindən azad edilir – DƏYİŞİKLİK

 

Bu il sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir.

Etikxeber.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, indiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib.

Vergi Məcəlləsində bu müddəa ləğv edilir.

Adıçəkilən qanun layihəsi parlamentin  28 iyun plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

Read Previous

İnflyasiya olacaqmı? – AZƏR BAYRAMOV AYDINLIQ GƏTİRDİ

Read Next

SOSİAL SAHƏDƏ İNQİLABİ ADDIMLARIN NÖVBƏTİ MƏRHƏLƏSİ – Paşayeva yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir