“Bütün Şəhidlər mənim övladımdır, hamısını öz övladım bilirəm…”-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK VƏ SUBAY ÖVLAD ELMƏDDİN HÜSEYNZADƏNİN ANASI ARZU HÜSEYNOVA… BU GÜN AXŞAM SAATLARINDA ŞƏHİDİN ADINI DAŞIYAN “XATİRƏ LÖVHƏSİ” KOMPLEKSİNİN AÇILIŞI OLDU – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-10 iyul 2024-cü il tarixində, axşam satlarında Bərdə rayonunun Divanlı kəndində evin-ailənin tək və subay övladı, üç medal və bir ordenli-İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hüseynzadənin adını daşıyan “Xatirə löhvhəsi” kompleksinin açılışı olub.

Qeyd edək ki, “Xatirə lövhəsi” kompleksi Şəhidi təkbaşına böyüdən anası Arzu Hüseynovanın təşəbbüsü və şəxsi vəsaiti ilə başa gəlib.

Etikxeber.az xəbər verir ki, saat 17:10-da baş tutan açılışda öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Bərdə rayonunun axundu Hacı Ramazan tərəfindən “Quran” oxunub.

Ardınca çıxışlar başlayıb.

Şəhidin anası Arzu Hüseynova öncə mərasim iştirakçılarına, açılışa gələnlərə, xüsusilə, Şəhid ailələrinə öz minnətdarlığını bildirib.

Qeyd edib ki, bütün Şəhidlər onun övladıdır, hamısını öz övladı bilir, heç zaman Şəhidlərə fərq qoymayıb və fərq qoyula bilməz.

“Bu “Xatirə lövhəsi” kompleksini də məhz bu məqsədlə düzəltdirdim. Bu, onların ruhuna bir hədiyyədir”-deyə, o, əlavə edib.

Daha sonra Şəhid ailələri, yerli ziyalılar, Bərdə rayonunda fəaliyyət göstərən bəzi idarə və müəssisələrinin rəhbər şəxsləri çıxış ediblər.

Həmçinin, balacalar, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr edilmiş şeirlər səsləndirilib.

Təxminən bir saata yaxın davam edən mərasimin sonunda xatirə fotoları çəkdirilib.

Sonra Şəhidin anasının yaşadığı evdə ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.

18:14

***

FOTOLAR:

18:28

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ermənistandan “Qarabağ” əsəri ilə bağlı pozuntu törətmiş şəxsləri məsuliyyətə-CƏLB ETMƏYİ TƏLƏB ETDİ

Read Next

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək-İYULUN 14-DƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir