Bütün sahələrdə böyük inkişafın şahidi olduq – ƏLİ HƏSƏNOV – FOTO

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Xəbər Agentliyinin (SPA) baş ofisində agentliyin prezidenti Abdullah bin Fəhd əl-Hüseynlə görüşüb.

Etikxeber.az SPA-ya istinadla xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələrdə əlaqələrin əhəmiyyətindən danışıb və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun İslam dünyasının problemlərinin həlli istiqamətində böyük səylərini yüksək qiymətləndirib.

Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfinin dəvəti ilə həyata keçirilən səfər Əli Həsənovun bu ölkəyə on il ərzində ikinci səfəridir. Azərbaycan Prezidentinin köməkçisi səfər zamanı Səudiyyə Ərəbistanında bütün sahələrdə böyük inkişafın şahidi olduğunu söyləyib. Əli Həsənov qeyd edib ki, bu səfər qardaş Azərbaycan və Səudiyyə Ərəbistanı arasında münasibətlərin, xüsusilə mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, media qurumları, o cümlədən AZƏRTAC ilə SPA arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilir.

Görüşdən sonra Azərbaycan Prezidentinin köməkçisi SPA-nın iş prosesi ilə tanış olub.

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyi Elnur Hüseynzadə ilə bağlı növbəti açıqlama yaydı

Read Next

Oğurluqda şübhəli bilinən Şəhər sakini tutulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0