“Buyurun, bu da sizin üçün təzə xəbər…” -TRAMP KİMLƏ GÖRÜŞƏ HAZIRDIR

ABŞ Prezidenti Donald Tramp, əgər məqsədəuyğun olarsa, KXDR lideri Kim Çen Inla görüşməyə hazırdır.

Etikxeber.az xəbər verir ki, Tramp bunu Bloomberq televiziyasının xəbərlər xidmətinə müsahibəsində deyib.

Telekanal qeyd edir ki, bu sözlər Pxenyanın nüvə proqramı ətrafında artan gərginlik fonunda səslənib. Kim Çen In atasının ölümündən sonra heç bir xarici liderlə bir dəfə də olsa, görüşməyib və öz ölkəsinin hüdudlarından kənara ayaq basmayıb.

“Siyasətlə məşğul olan insanların əksəriyyəti heç vaxt belə deməzdilər, amma mən sizə deyirəm, şərtlər münasib olarsa, mən onunla görüşərdim” – deyə, Tramp bildirib:

“Buyurun, bu da sizin üçün təzə xəbər”.

Etikxeber.az

Read Previous

Ali komissar da irqçi təhqirlərə məruz qalan qanalı futbolçunun hərəkətinə haqq qazandırdı

Read Next

“Rusiyadakı müzakirələrdə Qarabağa aid xeyirli xəbər gözləməyin…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir